Məmmədov Rəcəb Əsəd oğlu – 1908-ci ildə anadan olmuşdur, 1935-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini bitirmişdir. 1947-ci ildə “Təbrizi üzüm sortunun saxlanması” üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1946-cı ildən 1975-ci ilə qədər meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinin dekanı işləmişdir. Süfrə üzümünün saxlanması, üzüm bitkisinin ontogenezi, üzümçülükdən təcrübə məşğələləri ( birgə ) kimi broşur və dərs vəsaitləri dərc olunmuşdur. 1982-ci ildə ali məktəb tələbələri üçün üzümçülük adlı dərsliyi ( birgə ) çapdan çıxmışdır. Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsi işinin təbliğatçısı idi.
1982-ci ildə vəfat etmişdir.