Kazımov Kamal Kərim oğlu 1924-cü ildə Göygöl rayonunun Cırdaxan kəndində (Qarayerli qəsəbəsi) anadan olmuşdur. Böyük vətən müharibəsinin iştirakçısı olmuşdur.`Azərbaycan” üzümçülük sovxozunda fəhlə, təsərrüfat müdiri, Şəmkir konyak zavodunda baş şərabçı, Xanlar şərab zavodunun, “Azərbaycan” sovxozunun və Xanlar Sovxoz – istehsalat birliyinin direktoru (1952-1976) işləmişdir. 1955-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuş və 1956-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.