TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

XƏBƏRLƏR 
21.08.2106  Üzüm yarpağının inanılmaz Faydaları
Yazda bişirilən yeməklər arasında təzə üzüm yarpağından hazırlanan dolma üstünlük təşkil edir və çoxları tərəfindən sevilir. Bəs üzüm yarpağının faydalarını bilirsinizmi? Mütəxəssislər iddia edirlər ki, əsasən də zeytun yağı ilə hazırlanan ətli yarpaq dolması aşağı kalori və yüksək qida dəyərinə malikdir, sağlam qidalanmaya xidmət edən yeməkdir.
Üzüm yarpağının faydalarını təqdim edirik:
Qaynarinfo.Az

19.11.2016   YENİ ÜZÜMÇÜLÜK LABORATORİYASI.
Azərbaycan Dövlət Aqrar Universitetində görkəmlli alim, üzümçü, əməkdar müəllim, professor Famil Şərifov adına elmi-tədris üzümçülük laboratoriyasının açılışı oımuşdur. Laboratoriya müasir tələblərə cavab verərək gənc üzümçü mütəxəssislərin yüksək standartlar səviyyəsində hazırlanması üçün tam uyğunlaşdırılmışdır.



22.06.2016   Tovuz üzümçülük sahəsində geniş potensiala malikdir
Rayonda keçirilən müşavirədə kənd təsərrüfatının gəlirli sahələrinin, o cümlədən üzümçülüyün perspektivləri müzakirə olunub Tovuz, 22 iyun, Famil Quliyev, AZƏRTAC Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, kənd təsərrüfatı məsələləri üzrə yaradılmış işçi qrupun üzvlərinin aqrar sektorda mövcud vəziyyətlə tanış olmaq və perspektivləri müzakirə etmək üçün rayonlara səfərləri davam edir. İşçi qrupun növbəti səfəri iyunun 22-də Tovuz rayonuna olub.

14.03.2016   Cəlilabadda üzümçülük bərpa olunur
Rəngarəng Azərbaycan təbiətinin özünəməxsus gözəlliyi ilə bərabər, həm də ölkə iqtisadiyyatına töfhə verən təsir dairələri var. Əksər iqlim qurşağının burada olması kənd təsərrüfatı sahəsinin daha da genişlənməsini, məhsuldarlığın daha yüksək olmasını şərtləndirir. Qışı elə də sərt keçməyən, yaz-yay aylarında yağıntının nisbətən bol olduğu cənub bölgəsinin təsərrüfat imkanları xeyli genişdir. Buna görə də bu bölgədə subtropik bitkilərlə bərabər, taxılçılıq, üzümçülük, tərəvəzçilik, bostançılıq sahələri də inkişaf etdirilmişdir.


01.05.2015   Azərbaycanda üzüm tinglərinin istehsalını Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu təşkil edəcək
Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda üzüm tinglərinin istehsalı Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçiriləcək. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” qərarında əksini tapıb.


08.01.2010   Qərb bölgəsində yetişdirilən üzüm satılmır
Qərb bölgəsində yetişdirilən üzüm məhsulu satılmır. Hazırda üzüm bağlarının sahəsi 4000 hektardan artıqdır. Bu sahələrdən 1400 hektarı 2009-cu ildə salınıb. Üzüm bağlarından 27700 tondan artıq məhsul götürülüb. Lakin fermerlər əldə olunan məhsulun yarısını sata bilmir. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Azərbaycan Dövlət Aqrar Universitetinin üzümçülük kafedrasının müdiri Famil Şərifov məlumat verib.

21.12.2009    Ölkənin üzüm bağlarından ötən ilə nisbətən 14,4 min ton çox məhsul toplanılıb
Cari ili dekabr ayının əvvəlinə kimi respublikanın üzüm bağlarından 123,3 min ton və ya keçən ilin müvafiq dövründəkindən 14,4 min ton çox məhsul toplanılıb.

12.12.2009  Hansı meyvə yaddaşı bərpa edə bilər?
Amerikanın Sinsinnati Universitetinin (University of Cincinnati) alimlər qrupu qırmızı üzüm şirəsinin yaddaş itkisini azaltdığını hətta dayandıra biləcəyini müəyyən etmişlər.

12.10.2009  Azərbaycanda 10000 hektardan çox üzüm sahələri salınacaq.
Azərbaycanda 2008-2013 illərdə 10000 hektardan çox üzüm sahələrinin salınması planlaşdırılmışdır.

18.09.2009  Şəmkirdə xəstəliyə davamlı yeni üzüm sortu becərilir
Şəmkirdə xəstəliyə davamlı yeni üzüm sortu becərilir. Bu barədə məlumatı AZADİNFORM-a Kənd Təsərrüfatı Nazirliyindən veriblər.

16.09.2009  Tovuzda üzüm sahələri təqribən 40% artırılıb
Cari ildə Tovuzda üzüm sahələri təqribən 40% artırılıb ki, nəticədə sahələrdən bol məhsul yığılıb. bu barədə məlumatı Tovuz rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Niftalı Qasımov verib.

08.09.2009  24 min ton üzüm yığılıb
Bu il 120 min ton üzüm yığılması proqnozlaşdırılır

01.09.2009  Bugünki gündə üzümün faydasından artıq xalq təbəbəti ilə bərabər tibb sahəsində eləcə də kosmetoloqiyada uğurla istifadə olunur.
Eramızın birinci əsrində romalılar və yunanlılar üzümün meyvəsindən və şirəsindən müalicə vasitəsi kimi istifadə edirdilər. Həmin müalicə növü ampenoterapiya adlandırılır. Bugünki gündə üzümün meyvəsi və şirəsi ilə bərabər çəyirdəyindən də uğurla istifadə olunur. Qırmızı üzüm növünün çəyirdəyinin tərkibində insan orqanizminin cavanlaşdırmasında xüsusi əhəmiyyəti olan antioksidant var.

30.06.2009  Gəncədə daha 17 hektar üzüm bağı salınıb
Bunun üçün 1000 manata yaxın vəsait xərclənib

02.06.2009  Azərbaycanın üzümçülük təcrübəsindəndən Çində də yararlanacaqlar
Ölkəmizdə 17000 hektar sahədə üzüm tingləri salınıb

Şamaxı rayonunun iqtisadiyyatında vaxtilə aparıcı yer tutan üzümçülük ötən əsrin 90-cı illərinin əvvəllərində baxımsızlıq üzündən sıradan çıxmışdır.
AzərTAc-ın verdiyi məlumata görə son illər bu sahənin yenidən bərpası üçün göstərilən dövlət dəstəyi torpaq mülkiyyətçilərində, eləcə də ayrı-ayrı iş adamlarında üzümçülüyün inkişafına böyük maraq oyatmışdır.

30.01.2009  İtalya üzümçüləri Gəncədə keçiriləcək beynəlxalq simpoziumda iştirak edəcəklər.
Beynəlxalq simpozium 5 fevral 2009 ildə keçirilecek. Simpoziumun keçirilməsində əsas məqsəd İtalyanın “MER” kompaniyası ilə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası arasında olan əməkdaşlıq proqramının inkişafıdır.

12.12.2008  Azərbaycan prezidenti “Üzümçülük və şərabçılıq haqqında” Qanuna əlavələrin tətbiq edilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev “Üzümçülük və şərabçılıq haqqında” Qanuna əlavələrin tətbiq edilməsi haqqında sərəncam imzalayıb.

01.12.2007  Ölkədə üzüm istehsalı 100 min tonu keçib.
Cari 2007-ci il dekabrın 1-nə ölkənin üzüm bağlarından 102,1 min ton və ya ötən ilin müvafiq dövründəkindən 9,7 min ton çox (10,5%) məhsul toplanılıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsindən veriblər.

08.10.2007  Ölkədə üzüm istehsalının 100 min tona çatacağı gözlənilir
Ölkədə üzüm istehsalının 100 min tona çatacağı gözlənilir. Bu barədə məlumatı AZADİNFORM-a Kənd Təssərrüfatı Nazirliyindən veriblər.

05.05.2007  Cari il respublika ərazisində 1200-1500 hektar yeni üzüm sahələri salınıb
Ölkəyə Avropa ölkələrindən yeni üzüm sortları gətirilir. Ötən illə müqayisədə cari il respublikada 1200-1500 hektar yeni üzüm sahələri salınıb. Bu barədə məlumatı kənd təsərrüfatı naziri İsmət Abbasov verib.

21.01.2005  Azərbaycanda üzümçülük məktəbləri açılacaq
Respublikamızda üzümçülüyün bərpa olunması istiqamətində həyata keçirilən tədbirlər fermerlərdə bu sahəyə marağı xeyli artırmışdır.



ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ