TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 
TARİX 

Azərbaycan qədim üzümçülük diyarıdır. Burada təbii iqlim şəraiti üzüm bitkisi üçün çox əlverişli olduğundan hər cür sort yaranmışdır. Ən tezyetişən, uzun müddət saxlanmağa davamlı, ən yüksək şəkər toplayan, ən çox məhsul verən üzüm sortlan bizim diyarda becərilmiş və becərilməkdədir.
Azərbaycan üzümü və ondan hazırlanan yüksək kalorili ərzaq məhsulları, ürəyə və bədənə gümrahlıq verən, canı sağlamlaşdıran üzüm şirələri, ürəklərə sərinlik, sevinc və şadlıq gətirən, gül-çiçək ətirli üzüm şərbətləri ən qədim vaxtlardan toy-düyünlərdə, bayramlarda ziyafətlərin bəzəyi olmuşdur.
Azərbaycan ərazisi üzümçülüyün meydana gəlməsi və inkişafı üçün olduqca əlverişli təbii şəraitə malikdir. İbtidai insanlar onların təsərrüfat fəaliyyətinin əsas formaları olan ovçuluq və balıqçılıqla yanaşı, meşələrdən yabanı meyvə və giləmeyvə, o cümlədən cır üzüm toplamış, ondan dadlı qida məhsulu kimi istifadə etmişlər.
Məşhur bioloq alim N.İ.Vavilovun uzunmüddətli tədqiqatları ilə Zaqafqaziya, o cümlədən Azərbaycan ərazisi bir çox təbii bitkilərin, həmçinin üzümün yetişdiyi mərkəzlərdən biri olduğu müəyyən edilmişdir.
Makedoniyalı İskəndərin qoşunu Bərdə ətrafında qərar tutanda, hökmdar Nüşabə ilə razılaşdırıldıqdan sonra, yerli əhalidən alınan verginin bir qismi şərabla əvəz edilmişdir.
Assur kitabələrində Midiyanın şimal-qərb vilayətlərindən alınan vergilər sırasında şərab vergisinin də adı çəkilir. Eramızdan əvvəl 714-cü ildə II Sarqon Urartu üzərinə yürüş edərkən mannalılar Assuriya qoşunlarını un və şərabla təchiz etmişdilər.
Azərbaycan xalqının sosial-iqtisadi həyatının işıqlandırılmasında, habelə üzümçülüyün keçmiş olduğu tarixi inkişaf yolunun öyrənilməsində arxeoloji materiallar mühüm mənbə sayılır. Arxeoloji ədəbiyyatda Azərbaycanın qədim əhalisinin yüksək üzümçülük mədəniyyətinə malik olduğunu aydın göstərən tapıntılar haqqında xeyli material vardır. Uzaq minilliklərin məhsulu olan üzüm salxımlarının bir hissəsi neçə-neçə əsr torpaq altında qalaraq qurumuş, yaxud çürümüş, əksəriyyəti isə yanğına düşərək kömürləşmiş, küp içərisində qalanlar isə öz forma və ölçüsünü sax-lamışdır. Ağstafa yaxınlığında 1962-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V-IV minilliyə aid Şomutəpə abidəsində müxtəlif bitki qalıqları, eləcə də üzüm toxumlan aşkar edilmişdir. Tədqiqatlar üzüm toxum-larında mədənilik əlamətləri olduğunu göstərmişdir. Məhz bu tapıntı əsasında Azərbaycanda mədəni üzümçülüyün ən azı 7 minillik tarixi olduğu sübuta yetirilmişdir. Arxeoloji qazıntılar zamanı Ağdam şəhəri yaxınlığındakı Üzər-liktəpə abidəsindən, Xanlar rayonundan, Naxçıvanın qədim abidələrindən əldə edilmiş üzüm toxumlan, şərab istehsalı ilə əlaqədar daş alətlər və müxtəlif maddi-mədəniyyət nümunələri Tunc dövründə həmin ərazidə yaşamış əkinçi tayfaların təsərrüfat və məişət həyatında üzümçülüyün də mühüm rol oynadığını söyləməyə əsas verir. Üzərliktəpədən aşkar edilmiş üzüm toxumlan 3500 il bundan əvvələ aiddir. Həmin üzüm toxumlarını tədqiq edən mütəxəssislər onun süfrə üzüm sortu olduğunu göstərmişlər. Üzərliktəpədən tapılan üzüm toxumlan müxtəlif irilik-dədir; ən iri toxum 6,5 mm, giləsi isə 18-20 mm-dir. Gəncəçay ərazisindən əldə edilən tapıntılar göstərir ki, Tunc dövründə bu bölgədə yerli əhali bağçılıqla, o cümlədən üzümçülüklə də məşğul olmuşdur. Son tunc dövrünə aid bir kurqandan tapılan gil qabın içərisindəki qalığın kimyəvi təhlili onun daşlaşmış şərab çöküntüsü və üzüm toxum-larından ibarət olduğunu göstərmişdir. Xanlar rayonunun Tunc dövrü qəbir abidələrindən, Yaloylutəpə mədəniy-yətinin yayıldığı qəbirlərdən zinət şeyləri, silah, qab-qacaq və s. əşyalarla yanaşı, ərzaq, o cümlədən şərab qablan aşkara çıxarılmışdır. Qabların dibində üzüm toxumu çürüntüsünə, çaxır xıltı qalıqlarına təsadüf olunmuşdur. Məlum olmuşdur ki, bunlar dəfn mərasimi zamanı ölünün yanına axirət dünyasına, yəni insanın öləndən sonra da yaşa-yacağına inamla əlaqədar olaraq qoyulmuşdur.
Azərbaycanda üzümçülüyün hələ ən qədim zamanlardan inkişaf etdiyini göstərən arxeoloji qazıntılar zamanı tapılmış üzüm qalıqları, təsərrüfat küpləri ilə yanaşı, bağçılıqda işlədilən əmək alətləri (toxa, bel, dəhrə, bıçaq, qayçı, üzüməzən daşlar, təknə və s.), habelə qablar (süzgəc, kuzə, cam, qədəh, piyalə və s.) haqqında da dürüst məlumatlar vardır. Naxçıvanın Şərur rayonunun Qıvraq kəndinin, Şahtaxtlı-Qarabağlar kəndləri ərazisinin Qalaçıq və II Kültəpə yaşayış yerlərinin dərin torpaq altından bilavasitə üzümün emalında istifadə edilən üzüməzən daşlar tapılmışdır. Bu üzüməzən daşların ortasında dərin çökək, bir ucunda isə şirə süzülməsi üçün novça vardır. Bu tapıntılar üzümçülüyün həmin ərazilərdə eramızdan əvvəl II minillikdə geniş şəkildə inkişafını göstərir. Tərtər rayonunun Borsunlu kəndi yaxınlığında 1982-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı eramızdan əvvəl II minilliyin sonlarına dair böyük öl-çülü gil tiyan aşkar edilmişdir. Öyrənilmişdir ki, oturacağında deşik olan bu gil tiyanından üzüm əzmək üçün istifadə olunmuşdur.
Eramızdan əvvəl V əsrdə yaşamış yunan alimi Herodot qədim Azərbaycan ərazisində üzümçülük barədə bizim eramızdan əvvəl VI əsrə aid baş vermiş hadisələrdən bəhs edərkən məlumat vermişdir: "Bu ölkə üzümünün bollu-ğuna, keyfiyyətinə görə, hətta qədim İran, Babilistan və Yunanıstandan da məşhur idi". Roma alimi Böyük Plini (eramızdan əvvəl 79-23-cü illər) Azərbaycan ərazisinin tükənməz sərvətinə və yüksək əkinçilik mədəniyyətinə valeh olmuşdur: ".. .mən heç bir yerdə belə şirin üzüm yeməmişəm. Bu xalq torpağı misirlilərdən yaxşı becərə bilir".
Məşhur yunan coğrafiyaşünası Strabon (eramızdan əvvəl I əsr — eramızın I əsri) qədim Azərbaycan əhalisinin təsərrüfat həyatından bəhs edərkən üzümçülüyün rolunu xüsusi qeyd etmişdir: "Orada (Qafqaz Albaniyasında) üzüm tənəklərini basdırmırlar, tənəklərin ucu beş ildə bir dəfə budanır, yeni salınmış tənəklər ikinci ildən başlayaraq bar verirdi, köhnə tənəklər o qədər məhsul verirdi ki, üzümün müəyyən hissəsi tənəklərdə dərilməmiş qalırdı". XIV əsrin ikinci yansı — XV əsrin əvvəllərində yaşamış görkəmli Azərbaycan coğrafiyaşünası, tarixçi Əbdürrəşid Bakuvi Bakıda və onun ətraf bağlarında bol üzüm becərildiyi və üzümçülüyün burada mühüm yer tutduğu haqqında məlumat vermişdir. Tacirlər, səyyahlar Azərbaycanın ən yaxşı üzüm sortlarını uzaq ölkələrə də aparıb çıxarırdılar. Səyyah-coğrafiyaşünas Adam Oleari yazırdı ki, ilk üzüm tənəklərini Həştərxana Azərbaycan tacirləri, daha doğrusu, Şirvan ta-cirləri gətiriblər. Məşhur türk alimi, coğrafiyaşünas Evliya Çələbi 1647-1649-cu illərdə Azərbaycana səyahət etmiş, gəzdiyi ölkələr, eyni zamanda Azərbaycan haqqında 10 cildlik "Səyahətnamə" əsərində geniş məlumat vermişdir.
Azərbaycanda üzümçülüyün tədqiqinə həsr olunmuş əsərlərdən aydın olur ki, XIX əsrdə bu təsərrüfat sahəsi əsasən iki istiqamətdə inkişaf etmişdir. Yəni, XIX əsrin birinci yarısınadək üzümçülük əsasən natural təsərrüfat çərçivəsində inkişaf etmiş, XIX əsrin ikinci yarısında isə Azərbaycanın ümumrusiya bazarına çıxması, burada üzüm məhsullarına olan tələbatı Azərbaycanda üzümçülüyün yeni istiqamətdə inkişaf etdirilməsinə səbəb olmuşdu. Üzüm məhsullarının emalı ilə bağlı olan yeni sahələr yaranıb inkişaf etməyə başladı. Beləliklə, XIX əsrin 60-70-ci il-lərindən başlayaraq Azərbaycanda kapitalist şərabçılıq sənayesi yaradıldı.

Səyyah-coğrafiyaşünas Adam Oleari öz xatirələrində Azərbaycanda becərilən üzümlərin təsvirini vermiş və burada 600-dən çox üzümün növ müxtəlifliyinin olmasını göstərmişdir.
Azərbaycanın üzüm ustalan təsərrüfat təcrübələri əsasında ciddi axtarışlar aparmış, çoxlu qiymətli üzüm sortları yetişdirmişlər. Özü də bu sortlardan hər birisinin xüsusiyyətləri respublikamızın özünəməxsus torpaq və iqlim şəraitlərinə, ayn-ayn zonalara uyğun gəlmişdir. Həm də sortların hər birini rənginə (ağ, qara, ala, san, sangilə, bənövşəyi, göy gəzəndan, qara sərmə və s.); keyfiyyətinə, dadına, ətrinə (gülabi, kişmişi, şəkəri, təmbəyi (təmbəki), şirəyi, kərimqəndi və s.); görkəminə, giləsinin iriliyinə (quşürəyi, misqalı, tülküquyruğu, dəvəgözü, tulagözü, keçiməməsi-inəkəmcəyi, gəlinbarmağı — xatınbarmağı və s.); qabığının qalınlığına (daş üzüm, qalınqabıq, nazikqabıq); toxumunun iriliyinə və salxımının formasına (sapdadurmaz, haçabaş, bəndi, təbərzə) görə müxtəlif anlayışlarla adlandırılmışdır. Üzüm sortlarının yetişdirildiyi kəndlərin, oba və şəhərlərin adlan da həmin üzümləri bildirən sözlərlə uyğunlaşdınlmışdır: Beyləqani, Təbrizi, Şabram, Dərbəndi, Ordubadi, Şirvanşahi, Tatlı, Mərəndi, Mədrəsə, Şahtaxtı və s.
Bir çox üzüm sortlan isə onu yetişdirmiş şəxsin adı ilə tanınmışdır. Xəlili, Hüseyni, Əskəri, Səkinə xanım, Muxtarı, Ağadayı, Mələyi və başqa adlar buna misal ola bilər.
Müəyyən tarixi, iqtisadi əlaqələr nəticəsində Azərbaycana müxtəlif üzüm sortlan gətirilib becərilmişdir. Maraqlıdır ki, həmin üzüm sortlan gətirilmiş ərazinin adı ilə tanınır. Məsələn, VII-IX əsrlərdə ərəb işğalları zamanı Ərəbistanın Taif şəhəri ətrafında yetişdirilən üzüm sortu Orta Asiyaya gətirilərək burada becərilmişdir. Sonralar Özbəkistandan Azərbaycana gətirilən həmin üzüm sortu xalq arasında Tayfi adı ilə Orta Asiya üzümü kimi yayılmışdır.
Azərbaycan üzümçüləri başqa ölkələrdən gətirilmiş yeni üzüm sortlarını müxtəlif torpaq-iqlim şəraitində becər-məyi də öyrənmişlər. Məsələn, Rkasiteli, Tavkveri Gürcüstandan, Muskat, Berdo, Pino və s. Krımdan, həmçinin XIX əsrin ortalarında Avropadan gətirilmiş Kabeme, İzabella, Rislinq, Aliqote və s. üzüm sortlan Azərbaycanda yerli şəraitə uyğunlaşaraq yaxşı məhsul vermişdir. Azərbaycanın da bir sıra qiymətli üzüm sortlan Orta Asiya, Krım, Ukrayna, Moldova, Gürcüstan və başqa üzümçülük ölkələrdə müvəffəqiyyətlə becərilir.
Naxçıvanın sapsarı, kəhrəba kimi Hazan, Kişmişi üzümləri sağalmaz dərdlərə şəfa verir, ürəyin təpərini artınr, xəstənin canına qüvvət, gözlərinə işıq gətirir. Bu torpağın yetişdirdiyi Şəfeyi üzümü, sözün əsil mənasında, can dərmanıdır, zəifə qüvvət, qansıza qan, gözə işıq, gücsüzə güc verir. Naxçıvanda 100-dən çox üzüm sortu olmuşdur.
Abşeron yarımadası tarixən Azərbaycanda üzümçülüyün inkişaf etdiyi ərazilərdən olmuşdur. Abşeronda tənəklər əsasən qumun üstünə sərilmiş vəziyyətdə becərilib. Bu vəziyyətdə üzüm bitkisi tez xəstələnir. Burada üzüm bitkisi-nin xəstələnməsinin səbəbi daimi xəzri küləyinin olmasıdır. Yalnız və yalnız xəzrinin hesabına burada üzümlüklər xəstəliklərdən ziyan çəkməmiş və yerli əhali üzümü həvəslə becərmişdir.
Abşeronda 50-dən çox üzüm sortunun adı məlumdur və bunların əsasını Ağ şanı, Qara və Ala şanı, Sangilə, Xatını, Pişraz, Gavangir, Göybəndəm, Riş-baba, Xalbəsər, Gəlinbarmağı, Keçiəmcəyi, Qızıl üzüm, Kişmişilər, Mövücü, Dərbəndi, Salyanı, Zabrat üzümü təşkil edirdi. Digər regionlarla müqayisədə Abşeronda sortların çoxunun qorunub saxlanmasını ehtimal etmək olar, çünki, burada iri sənaye üzümlükləri az olmuşdur. Hazırda həyətyanı sahələrdən, ola bilsin, sortların çoxunu axtarıb tapmaq olar. Şəkərliyinə görə şanılar bütün üzüm sortlarından üstün sayılır. Bu, hər şey-dən əvvəl, Abşeronun özünəməxsus torpaq-iqlim şəraitindən, qızıl qumunun tərkibindəki mikroelementlərdən asılıdır.
Dünyanın ən keyfiyyətli şərablan ilə rəqabətə girə bilən şərablar üçün respublikada iqlim-torpaq şəraiti və üzüm sortlan mövcuddur. İllər ötdükcə sortlar xalq tərəfindən seçilmiş və yaxşılaşdırılmışdır. Üzüm sortlan və şərab növ-ləri haqqında görkəmli səyyahların, alimlərin və dövlət xadimlərinin dəyərli fikirləri vardır.
1936-cı ildə Bakıda olan məşhur rus yazıçısı Maksim Qorki Azərbaycan şərabının dadına baxaraq bu məzmunda sağlıq demişdir. "Günəş şüalarını qədəhlərə doldurub içən xalqın sağlığına badə qaldıraq". Nə qədər hikmətli fikirdir, həqiqətən Günəş şüalan olmadan üzümdən şərab almaq mümkün deyildir. Respublikamızda bol Günəş şüalan olan regionlar çoxdur. Ən az şəkər toplayan sortlar belə, bu şəraitdə ən azı süfrə şərablan və şirə istehsalına yararlı olurlar.
Dünyada mövcud olan 20 min üzüm sortundan yalnız bir neçəsi müalicə üzümü (Ağ şasla) hesab edilir. Ən yaxşı müalicə üzümü olaraq Təbrizini qəbul etmək olar. Azərbaycanlılar "Təbrizi" üzüm sortundan həm qida məhsulu, həm də müalicə vasitəsi kimi istifadə edirlər. Novruz bayramında, yaxşı saxlanmış Təbrizi üzümü həmin mövsüm üçün mətah olaraq baha qiymətə satılmasına baxmayaraq, əhali tərəfindən böyük məmnuniyyətlə alınır və bayram süfrə-sini bəzəyir. Buna baxmayaraq, heç vaxt bu sort elmi ədəbiyyatda müalicə vasitəsi kimi təqdim edilməmişdir. Çox az üzüm sortu tapılar ki, Azərbaycanın Şirvanşahısı kimi tərifə layiq olsun. Bu sortdan hazırlanan Kürdəmir kaqoru dünya miqyaslı şərablar sırasına daxil edilmişdir.

Üzümçü və şərabçı tədqiqatçı-alimlərimiz bu məsələləri mətbuatda lazımınca və vaxtında işıqlandırmadıqlarına görə bədxah qonşumuz bir çox üzüm sortlarımızı erməniləşdiriblər: Naxçıvanın "Haçabaşı"sını "Ararati" (yazırlar ki, "xaçabaş" erməni dilində "ikibaşlı" deməkdir. Qəribədir, hansı tarixi mərhələdə azərbaycanlıların "haçabaşı" sözü ermənilərin "xaçabaş" sözü kimi işlədilib), Ağdam "Keçiəmcəyi" — "İsaptuk", Naxçıvanın "Misqalı" və "Xərci"lərini — "Msqali" və "Voskeat" adlandırmışlar.
Tarixin bütün mərhələlərində respublikamızda üzümçülüyün müəyyən inkişafı olmuşdur., Amma onun geniş sənaye miqyaslı inkişafı XX əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevə məxsusdur. Onun milli qeyrəti və polad iradəsi sayəsində SSRİ büdcəsinin müəyyən hissəsi Azərbaycan üzümçülüyünün və şərabçılığının inkişafına yönəldilmişdir.
Üzümlüklərdən alınan rekord məhsul (1984-cü ildə 2 milyon tondan çox) və bir hektardan alınan orta məhsul-darlığın 60-cı illərdəki 40-50 sentnerdən 1984-cü ildə 90-100 sentnerə çatması Heydər Əliyevin yaratdığı polad intizamın nəticəsi idi. O illərdə özünün dediyi kimi, "üzümçülükdə elm təsərrüfatdan geri qalırdı". Çox təəssüflə qeyd etmək lazımdır ki, 1976-cı ildə Heydər Əliyevin təsis etdiyi Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu təsərrüfata və elmə sanballı tədqiqat işləri verə bilmədi. Dünyanın üzümçülüklə məşğul olan bir çox ölkələrində üzüm sortlan üzrə ampeloqrafiya, atlas, albom və kataloqlar hazırlandığı halda, bizdə bunların çoxu olmamış, olanı isə əhatəsiz və aşağı səviyyəlidir. Yalnız 1973-cü ildə yazılan "Azərbaycan SSR-in ampeloqrafiyası"dır ki, burada da elmi metodologiyadan əsər-əlamət yoxdur.
Son 18 ildə Azərbaycanın böyük üzümü (280 min hektar) tədricən "əriyərək" 20-30 min hektara enmişdir. Bu Mixail Qorbaçovun uğursuz siyasəti, yerli orqanların prinsipsizliyi və üzümçülərin qətiyyətsizliyinin nəticəsidir.
2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən üzümçülük və şərabçılığın inkişaf etdirilməsi haqqında qanun qəbul edildi. Həmin tarixdə qanunun reallaşdırılması üzrə prezident fərmanı verildi. Bütün bunlar və 2004-cü ilin 11 fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən imzalanmış "Regionların 2004-2008-ci illər üzrə sosial iqtisadi İnkişafı Proqramı" yerlərdə insanlarda yüksək əhval-ruhiyyə yaratdı və yeni üzümlüklərin sahəsi artırılmağa başladı.
Yeni üzümlüklərin salınması üçün dövlət tərəfindən qayğı göstərilərək üzümçülüklə məşğul olanlara qısa və uzunmüddətli kreditlər verilir, yeni üzümlüklərin salınmasına və üzüm emalı müəssisələrinin yaradılmasına inves-tisiya qoyulur, xarici ölkələrdən gətirilən kənd təsərrüfatı texnikası təsərrüfatlara güzəştli şərtlərlə verilir. Belə təsərrüfatlardan "Gəncə Şərab-2" Açıq Səhmdar Cəmiyyəti, Cəlilabadın Allar kəndində fəaliyyət göstərən səhmdar cəmiyyəti, Şamaxı, İsmayıllı rayonlarında fəaliyyət göstərən təsərrüfatları, Şəmkirdə "Şiş-təpə", Xanlarda "Aqro-Azər-İnvest" Səhmdar Cəmiyyətləri misal göstərmək olar. "Gəncə Şərab-2" Açıq Səhmdar Cəmiyyətinin yeni üzüm sortlan və yeni texnologiyalar əsasında saldığı üzümlüklər böyük sensasiyaya səbəb olduğundan, 2004-cü ildə Gəncəyə səfərə gələn hörmətli prezidentimiz İlham Əliyev cənabları həmin təsərrüfatda olmuş və bu işlərdən razı qaldığını bildirmişdir.
Yeni üzümlük salanların çox qismi Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına müraciət edir, onlar saldıqları üzümlüyün elmə və qabaqcıl təcrübəyə söykənməsini istəyir, elmi-texniki tərəqqinin və diferensial aqrotexnikanın tətbiqi sayəsində yüksək və keyfiyyətli məhsul almaq arzusunda olduqlarını bildirirlər.
Üzümçülükdə mütərəqqi hesab edilən işlərdən ən vacibi aqrotexnikanın diferensiallığıdır. Diferensiallıq üzüm sortlarının bioloji xüsusiyyətlərinə uyğun aqrotexnikanın tətbiqidir. Son 15-20 ildə müəyyən etmişik ki, Gəncə şərai-tində İskəndəriyyə muskatı üzüm sortunda çiçək qruplarının və çiçəklərin 60-65%-i qoparıldıqda keyfiyyətli məhsul verir. Üzüm bitkisinin potensial imkanlarının elmi təhlili verildikdən sonra intensiv becərmə texnologiyası tətbiq edilərək Bayanşirə sortundan 800-1000 sentner məhsul alınması mümkün olmuşdur. Diferensiallıq üzümçülük və şərabçılığın istiqamətli inkişafının əsas meyarıdır. Diferensiallıq prinsipinə görə üzüm sortlan üçün torpaq iqlim şəraitinin və aqrotexnikanın seçilməsi şərabçılıqda isə sorta və torpaq-iqlim şəraitinə uyğun şərab markaları və onlara müvafiq emal texnologiyaları müəyyən edilir. Bu məsələyə aid belə bir misal göstərməyi vacib bilirik. Almaniyanın Reyn vadisində 47 hektar Reyn rislinqindən üzümlük olmuş və həmin üzümlükdə belə bir müxtəliflik aşkar edilmiş-dir. Üzümlükdə torpaq o dərəcədə müxtəliflik təşkil etmişdir ki, həmin üzümlüyü 7 xırda sahəyə bölmüşlər. Hər bir sahədən alınan şərablar da müxtəlif keyfiyyətdə olduğuna görə onların hər birinin satış qiyməti də müxtəlif olmuşdur.
Respublikamızın üzümçülük təsərrüfatları müxtəlif torpaq-iqlim şəraitində yerləşdiklərinə görə, orada da müx-təliflik labüddür. Ancaq bizdə yuxanda göstərilən incəlik, bəzən nəzərə alınmamışdır və torpaq-iqlim şəraitinə ümumi münasibət göstərilmişdir. Bu baxımdan üzüm sortlan diqqətlə seçilməlidir. Hər bir üzümçünün üzüm sortlan haqqında azacıq da olsa təsəvvürü olmalıdır. Bununla o, öz üzümlüyündə olan sortların idarə olunmasını səmtləşdirər, sonra isə ən keyfiyyətli və ən məhsuldar sortların əldə edilməsinə səy göstərər. Üzüm sortlarının təsvir və təyin edilməsi üzrə təkmil metodikalar mövcuddur. Hər hansı naməlum sort metodoloji əsaslarla təyin edilə bilər. Üzüm sortlarının təsvirində əlamətlərin yazılı mətnindən başqa rəngli fotoşəkillər sort haqqında daha müfəssəl və yığcam təsəvvür yaradır. Əvvəlki vaxtlarla müqayisədə hazırda daha təkmil texniki vasitələr vardır, onların köməyi ilə sort haqqında daha aydın təsəvvür yaratmaq mümkündür.
Morfoloji əlamətlər haqqında bilgi sort haqqında tam bilgi demək deyildir. Tam bilgi xüsusi ampeloqrafiyalarda verilmişdir. Hər bir sort haqqında müxtəlif üzümçülük ölkələrinin ampeloqrafiyalannda müfəssəl məlumat vardır. Üzümçü və şərabçı becərdiyi və şərab istehsal etdiyi üzüm sortu haqqında hərtərəfli bilik əldə etdikdən sonra həmin sort yerli torpaq-iqlim şəraitinə uyğun təhlil edilir.
Üzüm sortlarının primitiv və bəsit təsvirləri müasir becərmə və emal texnologiyaları ilə səslənmədiyindən üzümçülər tərəfindən qəbul edilən və ən təkmil elmi metodologiyalardan bəhrələnmək fayda verərdi.
Respublikamızda üzüm sortlarının rəngli fotoşəkilləri epizodik olaraq tək-tək kitab və başqa yazılarda verilmişdir, ancaq sort haqqında onların yaratdığı təsəvvür bir növ yarımçıqdır. Vaxt gələcək bizim tərtib etdiyimiz Atlasın da təkmilləşdirilməsinə ehtiyac duyulacaqdır. Bu baxımdan üzümçülərə təqdim etdiyimiz atlasın əhəmiyyətli olacağına ümid bəsləyirik. Atlasın tərtibində mövcud təsvirlərdən və özümüzün xüsusi materiallarımızdan istifadə edilmişdir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ