TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

TANINMIŞ ÜZÜMÇÜLƏR: Vəliyev Sabir 

Vəliyev Sabir Yadigar oğlu - 1943-cü ildə anadan olmuşdur, 1968-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini bitirmişdir. Bir neçə il təsərrüfatda üzümçülük sahəsində mütəxəssis kimi işlədikdən sonra 1970-ci ildə Ümumittifaq Elmi Tədqiqat üzümçülük və şərabçılıq İnstitutunda ( ″Maqarac″ ) əyani aspiranturada oxumuş və "üzüm kolunun strukturundan asıllı olaraq günəş radiasiyasının rejimi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
  1973-cü ildən üzümçülük və Şərabçılıq Komitəsinə işə dəvət olunmuşdur. 1977-1986-cı illərdə Baş üzümçülük İdarəsinin rəisi, 1989-cu ilə qədər Dövlət Aqrosənaye Komitəsində Üzüm İstehsalı və Emalı İdarəsinin rəisi kimi Dövlət əhəmiyyətli vəzifələrdə işləmiş. 1990-cı ildə Azərbaycan Elmi-Tədqiqat üzümçülük və Şərabçılıq İnstitutunun direktoru vəzifəsində bir il müddətində direktor işlədikdən sonra 1990-1993-cü illər AzərKəndKimya Birliyində sədr müavini vəzifəsinə təyin edilmişdir.
  1994-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Baş Bitkiçilik İdarəsinin rəisi vəzifəsində çalışmaqdadır.
  Sabir Vəliyev belə yüksək Dövlət vəzifələrində işləməklə yanaşı üzümçülük üzrə tədqiqat işləri aparmış, monoqrafiya, dərs vəsaiti, tövsiyə, təlimat və elmi məqalələr yazmaqda davam etmişdir.
  Azərbaycan üzümçülüyünün elmi əsaslar üzərində inkişafı və onun qonşu respublikalarla elmi və təsərrüfat əlaqələri onun gündəlik fəaliyyətinin ayrılmaz tərkib hissəsi omuşdur.
  1970-1980-ci illərdə Azərbaycanın böyük üzüm intişarında  Sabir Vəliyevin rolu əvəzsizdir. O, eyni zamanda Respublikada üzümçü kadrlarının hazırlanması işində də yaxından iştirak etmişdir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ