TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

TANINMIŞ ÜZÜMÇÜLƏR: Allahverdiyev Rəhim 

Allahverdiyev Rəhim Kazım oğlu - 1911-ci ildə Qərbi Azərbaycanda anadan olub. 1936-cı ildə Azərbaycan Kənd Təsərrüfat İnstitutunun aqronomluq fakultəsini bitirib. 1951-ci ildə taxılçılıq üzrə namizədlik dissertasitası müdafiə etmişdir. Azərbaycan Elmi Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunda üzümçülük şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
1963-cü ildə yerli və introduksiya edilmiş üzüm sortlarının aqrobioloji və təsərrüfat-texnoloji xüsusiyyətlərinin öyrənilməsi mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bir monoqrafiyası və 70-dən çox kitabça və elmi məqalələri vardır. Gənc kadrların hazırlanması işində xüsusi əməyi olmuşdur, 3 elmlər namizədi yetişdirmişdir.
Azərbaycanda üzümçülük işlərinin təşkilində yaxından iştirak etmiş və bu işlərinə görə Dövlət tərəfindən təltifləri olmuşdur.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ