TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

TANINMIŞ ÜZÜMÇÜLƏR: Fətəliyev Hasil 

Fətəliyev Hasil Kamallədin oğlu - 1959-cu ildə Zərdab rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin "üzümün ilk emalı" ixtisaslaşmasını fərqlənmə diplomu ilə qurtarmış və üzümçülük və şərabçılıq kafedrasında assistent saxlanmışdır. Moskvada bir il təkmilləşmə kursu keçdikdən sonra şərabçılıq üzrə əyani aspiranturada oxumuşdur. 1987-ci ildə "Şirə və şərab alınmasında elektrokontakt istiliyindən istifadə edilməsi" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
Pedoqoji fəaliyyətlə yanaşı şərabçılıq sahəsində tədqiqat işlərini davam etdirmişdir. Yüksək pedaqoji və təşkilatçılıq qabiliyyətinə görə kafedra müdiri və aqronomluq və texnologiya fakultəsinin dekanı seçilmiş və hazırda həmin vəzifədə fəaliyyətini davam etdirməkdədir.
2005-ci ildə "Azərbaycan şərablarının hazırlanma texnologiyasının təkmilləşdirilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan şərabçılığı tarixində ilk doktor və professordur. Gənc və məhsuldar alimdir. 115 elmi əsərin, o cümlədən 10 broşyura və kitabın, 8 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir.
Əsas əsərləri׃ Перспективы  применения электроконтактного прогрева при выработке виноградного сока и других продуктов. Обзорная информация –Б., 1989(в соавт). Новый способ модернизации вин в Азербайджане – М.., 2001; Şərabçılıq – B.1995; Совершенствование технологии Азербайджанских вин- Б, "Elm", 2004 ( монография ); Виноградарство и виноделие Азербайджана; состояние и развитие- М.2005; Экспорты
для креплёных вин Азербайджана  - М. ,2005, Alkoqollu içkilərin texnologiyası, B., "Elm" 2007; Tünd alkoqollu içkilər, B. " Elm ", 2007 ( həmmüəllif ).




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ