TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

TANINMIŞ ÜZÜMÇÜLƏR: Süleymanov Cahangir 

Süleymanov Cahangir Salman oğlu - 1929-cu ildə anadan olmuş, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinə daxil olmuş, 1948-cı ildə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına köçürülmüş və 1951-ci ildə üzümçülük ixtisası üzrə oranı bitirmişdir. Təyinatla 4 il Özbəkistanda işləmiş, 1956-cı ildə Azərbaycan elmi-tədqiqat meyvəçilik, üzümçülük və subtropik bitkilər İnstitutunun Gəncə üzümçülük və şərabçılıq tədqiqat stansiyasında baş elmi işçi işləmiş və 1959-cu ildə üzümçülük üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ilə qədər təcrübə stansiyasının direktoru, sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük kafedrasının dosenti, 1976-1987-ci illərdə isə Azərbaycan Elmi-Tədqiqat üzümçülük və Şərabçılıq İnstitutunun direktoru işləmişdir.
Bir çox dərs vəsaitinin, elmi məqalələrinin və üzümçülük adlı ( birgə ) Dərsliyin müəllifidr. Respublikada üzümçülüyün inkişaf etdirilməsində böyük əməyi olmuşdur.
1991-1995-ci illərdə üzümçülük kafedrasının müdiri işləmişdir.
1995-ci ildə vəfat etmişdir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ