TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

TANINMIŞ ÜZÜMÇÜLƏR: Atakişiyeva Amella 

Atakişiyeva Amella Həsən qızı - 1930-cu  ildə anadan olmuşdur, 1953-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik fakultəsini bitirərək Gəncə elmi-tədqiqat Üzümçülük və Şərabçılıq təcrübə stansiyasına təyinat almışdır. Burada kiçik elmi işçi, şöbə müdiri və direktor vəzifələrində çalışmışdır. Təcrübə stansiyasının seleksiya şöbəsində üzümçülükdə seleksiya işlərinin təkmilləşdirilməsi və yeni sortlar yaradılması üzərində uzun müddətli tədqiqat işləri apararaq çoxsaylı hibridlər və "Azəri" sortunu almışdır. Sort 2005-ci ildə Respublika Sort Sınağı Komissiyası tərəfindən təsdiq edilmişdir.
Bir çox kitabça və elmi məqalələrin müəllifidir.
2006-cı ildə vəfat etmişdir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ