TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

TANINMIŞ ÜZÜMÇÜLƏR 

Şərifov Famil Həsən oğlu
Şərifov Famil Həsən oğlu- 1937-ci il noyabr ayının 20-də anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş və həmin ildə də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olmuşdur.

Abbasov Fərzalı Hətəm oğlu
1971-1990-cı illərdə Qazax rayon Partiya Komitəsinin Büro üzvü, 1974-85-ci illərdə SSRİ Ali Sovetinə, 1985-90-cı illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 1975-90-cı illərdə Azərbaycan KP MK-nin üzvü olmuşdur. 1990-1991-ci illərdə Kalininkənd XDS-nin İcraiyyə Komitəsinin Sədri, 1991-ci ildən hal hazıra kimi Ağstafa RİN-nin Gəycəli kəndə nümayəndəsidir.

Allahverdiyev Rəhim Kazım oğlu
Gənc kadrların hazırlanması işində xüsusi əməyi olmuşdur, 3 elmlər namizədi yetişdirmişdir.
Azərbaycanda üzümçülük işlərinin təşkilində yaxından iştirak etmiş və bu işlərinə görə Dövlət tərəfindən təltifləri olmuşdur.

Amanov Mail Vəli oğlu
2007-ci ildə yabanı üzümə aid doktorluq dissertasiyası müdafiə etmişdir. Həmin ilin yayında da vəfat etmişdir.
Yabanı üzümə aid bir çox elmi məqalələri və monoqrafiyası çapdan çıxmışdır.

Atakişiyeva Amella Həsən qızı
Təcrübə stansiyasının seleksiya şöbəsində üzümçülükdə seleksiya işlərinin təkmilləşdirilməsi və yeni sortlar yaradılması üzərində uzun müddətli tədqiqat işləri apararaq çoxsaylı hibridlər və "Azəri" sortunu almışdır. Sort 2005-ci ildə Respublika Sort Sınağı Komissiyası tərəfindən təsdiq edilmişdir. Bir çox kitabça və elmi məqalələrin müəllifidir. 2006-cı ildə vəfat etmişdir.

Atakişiyev Həsən Əli oğlu
1948-ci ildə bir neçə yerli üzüm sortlarının aqrobioloji xüsusiyyətlərinin öyrənilməsi üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Bir çox elmi məqalənin və üçillik aqrozootexniki kurslar üçün yazdığı "üzümçülük" kitabının müəllifidir.

Cəfərova Əminə Surxay qızı
1971-ci ildən mikrobioloq işləmişdir. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 3 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Fətəliyev Hasil Kamallədin oğlu
2005-ci ildə "Azərbaycan şərablarının hazırlanma texnologiyasının təkmilləşdirilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan şərabçılığı tarixində ilk doktor və professordur. Gənc və məhsuldar alimdir. 115 elmi əsərin, o cümlədən 10 broşyura və kitabın, 8 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir.

İbrahimov Nazim Allahverdi oğlu
Nazim İbrahimov Azərbaycanda məskunlaşmış alman üzümçülərinin və şərabçılarının yerli əhaliyə yaxından köməklik göstərmələrini və bu sahənin sənaye təməlində inkişaf etdirmələri haqqında sanballı yazılar müəllifidir.

Kazımov Kamal Kərim oğlu
Nazim İbrahimov Azərbaycanda məskunlaşmış alman üzümçülərinin və şərabçılarının yerli əhaliyə yaxından köməklik göstərmələrini və bu sahənin sənaye təməlində inkişaf etdirmələri haqqında sanballı yazılar müəllifidir.

Məmmədov Rəcəb Əsəd oğlu
Bir çox dərs vəsaitinin, elmi məqalələrinin və üzümçülük adlı ( birgə ) Dərsliyin müəllifidr. Respublikada üzümçülüyün inkişaf etdirilməsində böyük əməyi olmuşdur.
1991-1995-ci illərdə üzümçülük kafedrasının müdiri işləmişdir.

Nəbiyev Əhəd Əli oğlu
1978- ci ildə Azərbaycan Texnologiyası İnstitutunda laboratoriya müdiri kimi işə başlamışdışdır. 1983- cü ildə namizədlik, 1993-cü ildə doktorluq disertasiyaları müdafiə etmişdir. Onun tədqiqat işlərinin hamısı bilavasitə şərabçılıqla bağlıdır.

Süleymanov Cahangir Salman oğlu
Bir çox dərs vəsaitinin, elmi məqalələrinin və üzümçülük adlı ( birgə ) Dərsliyin müəllifidir. Respublikada üzümçülüyün inkişaf etdirilməsində böyük əməyi olmuşdur.

Pənahov Tariyel Məhəmməd oğlu
Hal-hazırda üzümçülük və şərabçılıq kafedrasının müdiridir, 150-ə qədər əsəri vardır və Respublikanın bir çox üzümçülük təsərrüfatlarının məsləhətçisidir. «Azərbaycan Respublikasının əməkdar müəllimi» adına layiq görülmüşdür.

Vəliyev Sabir Yadigar oğlu
1970-1980-ci illərdə Azərbaycanın böyük üzüm intişarında Sabir Vəliyevin rolu əvəzsizdir. O, eyni zamanda Respublikada üzümçü kadrlarının hazırlanması işində də yaxından iştirak etmişdir.

 



ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ