TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

TALVARDA ÜZÜM 

Bu quruluş şpalerdən daha sadədir. Kol ilk növbədə yuxarıya doğru bitir, bu isə ən təbii haldır. Yer çoxdur və kolların inkişafına dayandırmaq lazım olmur. Talvardakı kollar spalerden üç dəfəyədək möhkəm ola bilər və ondan daha çox yük daşıya bilər. Demək olar ki, talvardakı bitki yüksək gövdəli kordonla bərabərdir, sadəcə olaraq inkişaf etmək üçün çox yer olduğundan çoxmərtəbəli olub.
Birincisi hər üzüm növünü talvara buraxmaq olmaz. Moldova novu uçun bu quruluş məsləhət görülmür. En yaxşı talvar növlərini sadalayaq: Vostorq , R-80, Кrasa Nikopolya, XVI-1026, Кeşa-1 Кeşa -2, AZOS, Beruintsa, Dekabr sortu və həmçinin şərab növləri Alman kokışı, Tacikistan hibridi.
İkincisi talvarın quruluşu özü özlüyündə səmərəsizdir: vertikal divar və horizontal çardaq.
Əsasən çardaq çox hündürdə qurulur və kollarla işləmək üçün asma nərdivan lazım olur, bu isə narahat və qorxuludur.

3-cü səbəb odur ki, üzümü talvara buraxanda biz özümüzdə onun azadlığına sevinirik. Nəticədə bitki tez yuxarılara qalxır, yan budaqlar vermədən kiçik budaqlara bölünür. Bu qışa davamlığın zəifləməsinə gətirib çıxarır, bitki qışı pis keçirir, salxımlar xırda olur.
Qalkinlər maili talvarlarda möhkəm kollar yetişdirirlər və 1,5 kq dək salxım alırlar.
Belə konstruksiyanı qurmaq daha rahatdır. Bu tikinti üçün daha az metaldan istifadə olunur. Qalın borulardan istifadə etmək vacib deyil, talvara dırmaşmaq lazım gəlmir. Maililik 45 dərəcədir. Kollar yelpik formasındadır. Maililiyə görə tənəklər daha tez böyüyürlər və daha uzun ola bilərlər.

Eniş cənuba, cənub şərqə və ya cənub qərbə doğru yönəldilib. Beləliklə salxımlar Moserin kordonlarındakı kimi aşağıya sallanır, yuxarıya doğru əyilir və nəticədə daha çox günəşlənirlər. Kölgədə heç bir dənə de zoğ qalmır. Bütün kolu sulamaq çox asandı. Yay əməliyyatı artıq salxımları və lazımsız zoğları kəsməkdən ibarətdir. Maili talvar səliqəli görünür və sadə talvardan daha çox kölgə verir. En əsası odur ki, o problemsiz və çətinlik yaratmadan kolların üstünü örtməyə və daha az qısa davamlı və dəyərli üzüm növlərinin yetişdirilməsinə icazə verir.
Nikolay İvanoviç Kurdyumov




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ