TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

Agıllı becərmə. Müxtəlif qonşuluq. 

Sən demə hər bitkini üzümün yanında yetişdirmək olmaz.
Allelopatiya müxtəlif bitkilərin bir birinə olan təsirini öyrənən elmdir. Mən artıq bu mövzuya aid verilmiş dəlilləri tərəvəzlərə aid sistemləşdirməyə cəhd göstərmişdim, lakin çox saylı bir-birinə zidd  nəticələrə gəldim. Çox saylı mənbələrin  razılaşdığı çox az müşahidələri ayırmaq olar və ilk dəfə mən bu mövzu ilə bağlı ciddi və geniş elmi araşdırmalarla qarşılaşdım. Bunları həyata keçirən dahi Avstriyalı üzümçü Lens Mozer olmuşdur.
Hələ 1940-cı illərdə Mozer müşahidə etmişdir ki, müxtəlif alaq otları üzümə fərqli təsir göstərirlər. Quşəppəyi, cincilim kolların inkişafına kömək edir, boymadərən, çaybuludu, dağ tərxunu, yovşan, qıtığotu, qara quşüzümü kimi bitkilər isə əksinə inkişafı zəiflədirlər. Payız aylarında Mozer kolların görünüşünə görə onların altında hansı bitkilərin yetişdiyini deyə bilirdi. əvvəl o kolların ölməsini alaq otlarının torpaqdakı suyu və qidanı sorması ilə əlaqələndirirdi. Sonra isə o gördü ki, hətta gövdəyə çox yaxın bitən tək alaq otları da , üzümün kökləri yetərincə böyük sahəni tutmasına baxmayaraq  üzümün yetişməsinə mənfi təsir göstərirlər.

Ən xoşa gəlməz olan o idi ki, zərərli bitkilərin təsiri ilə zəifləyən kollar kökləri ilə bərabər qışda donurdular  lakin cincilim, paxlalılar fəsiləsinə aid olan bitkilərin və dənli bitkilərin yanında olan kollar qışı normal  keçirirdilər. Bu hal üzümün müxtəlif növlü bitkilər arasında yetişdirdikdə də müşahidə olunurdu. Soyanın bitdiyi yerdə zoğlar 1,2 m  uzunluğunda olur və qışda bunların 3%-i donur, kartofun yetişdirildiyi yerdə isə zoğların uzunluğu 0,5 m olur 22% kol donurdu.
Belə nəticəyə gəlirik ki, hər bitkini üzümün yanında yetişdirmək doğru deyil.
Lens Mozer böyük klassik təcrübələrin mənbəyini qoymuşdur.

Bir-birindən ayrı və ətrafdakı torpaqdan ayrı cərgələrdə  müxtəlif üzüm qələmləri əkildi. Bunlardan  yarısı öz kökü ilə, digər yarısı isə calaq edilmiş formada idi. Digər sahədə isə qələmlər təcrübədən keçirilən bitkilərlə birlikdə əkildi. Rəqabətin təsirini azaltmaq, bitkilərin inkişafını müşahidə etmək üçün qələmlər sulanırdı və bol qida verilirdi. Bir üzüm növü ilə yoxlamadan keçən cərgələr də var idi. Təcrübələr 6 il davam etdi. Təcrübələrin nəticələri olduqca təəccüblüdür.

1. Sözsüz müəyyən olunmuşdur ki, bəzi bitkilər üzümün inkişafına müsbət, bəziləri isə mənfi təsir göstərir.

2. Ümidlərimizə baxmayaraq ,təmiz torpaqda əkilən üzümlər çoxda inkişaflı olmadılar. Digər bitkilərlə qarışıq əkilən üzüm kolları daha çox inkişaf etmişdi. Onların arasında gül kələmi, ispanaq, xiyar kimi bitkilər var idi. Ümumi  fikrə görə bu bitkilər üzümün inkişafına mənfi təsir göstərməli idi.

3. İnkişafı 2 dəfəyədək yavaşladan bitkilər də tapıldı. Onların arasında kiçik ölçülü bitkilər də var idi. Ümumi  fikrə görə bu bitkilər üzümə mənfi təsir göstərə bilməzdi.

4. Təcrübədə bitkilər şaxta və doluya məruz qalmışdılar .Burda da eyni nəticə alınıb: dost bitkilər olan cərgələrdə çox az saylı tinglər donub, antoqonist cərgələrdə isə əksinə demək olar ki, bütün tiglər donub.

Moser 174 ədəd becərilən və yabanı bitkiləri təcrübədən keçirmişdir. Çox maraqlanan bağbanlar uçun qısaca ən faydalı və ən çox zərər verən bitkiləri sayacağam. Yerdə qalanları isə üzüm üçün neytraldırlar. Bitkilərin adlarını izah etməyəcəyəm , onları soraq kitabçalarında tapa bilərsiniz.

Faydalı bitkilər, üzümə olan xeyrinin azalması sırası ilə:

  • şirin turşəng;
  • əkin noxudu;
  • böyük dəmirovotu;
  • kaçim (Gypsophila);
  • gülxətmi;
  • şirin kök;
  • sarı xardal;
  • baş soğan;
  • coral carpet;
  • bostan turpu;
  • manqold;
  • alabəzək bənövşə;
  • gül kələmi;
  • qırmızı turp;
  • bostan ispanağı;
  • çuğundur;
  • dovşankələmi;
  • çölnoxudu;
  • alman dorikniumu;
  • sadə xaçgülü;
  • qarayonca;
  • yemiş;
  • sedum;
  • alp arabisi;
  • şəkər çuğunduru
  • astra;
  • çobanotu;
  • çiyələk
  • eksparset;
  • yumşaq buğda
  • floks drummondi;
  • kök;
  • novruzgülü (primula);
  • xiyar;
  • paxla;
  • yaddaş çiçəyi;
  • çovdar;
  • qarabaşaq ;
  • quzuotu;
  • aubresiya;
  • fumariya;
  • qanqal ;
  • şüyüd.

Zərərli bitkilər, üzümə olan ziyanın artması sırası ilə:

  • badımcan;
  • cəfəri;
  • kartof;
  • qınlı istiot;
  • zəncirotu;
  • günəbaxan;
  • yovşan;
  • ağ əsmə;
  • gicitkən;
  • bağayarpağı;
  • gülünbahar;
  • qırtıc;
  • peyğəmbərçiçəyi;
  • kanada xırdaləçəyi;
  • çətənə;
  • inula;
  • kahı;
  • mixək;
  • sürünən ayrıq;
  • kəvər;
  • qıvrım turşəng;
  • pomidor;
  • soğan;
  • ikievli gicitkən;
  • darı;
  • gaillardia grandiflora;
  • yabanı kətan;
  • dağ tərxunu;
  • tarla yovşanı;
  • böyük bağayarpağı;
  • ağ sirkən;
  • vəzərək;
  • italyan qaramuqu;
  • qıtığotu kökü;
  • dağotu (Polygonum aviculare);
  • amarant;
  • dəlicincilim;
  • çəhrayı südotu;
  • sestariya;
  • sərv südləyəni;
  • zəhərli yovşan;
  • çöl sarmaşığı;
  • qarğıdalı;
  • vəzərək;
  • boymadərən;
  • qalinsoqa;
  • dağotu (Polygonum amphibium);
  • fransız qaramuqu;

İndi bizə aydındır ki, hansı bitkiləri cərgələrdə  yetişdirmək olar  hansılardan dərhal qurtulmaq lazım.
Nikolay İvanoviç Kurdyumov




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ