TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

Formalaşdırmaq heç də çətin deyil. 

Paradoks: bağbanların çoxu bilirlər ki, üzümün hər ağacdan çox daha sadə quruluşu olmasına . baxmayaraq onu budamaq ağacları budamaqdan daha çətindir. Ağaclarda xüsusi bar verən müxtəlif çubuqcuqlar, cəng, mahmızlar, budaq dəstələri və s. orqanlar əmələ gəlir. Bunlar bitkinin yaşından, növündən və inkişafından asılıdır. Formalaşdırma zamanı balaca meyvələrin əmələ gəlməsinə diqqət vermək məsləhətdir, əks halda bütün məhsulu itirmək qorxusu var. Üzümün heç bir xüsusi orqanları yoxdur. Bütün normal zoğlar eyni zamanda həm böyüyürlər həm də üzüm salxımı verirlər. Gələn il həmin zoğlardan məhsul ilə bərabər yeni zoğlar əmələ gələcək. Formalaşdırmanın əsas məqsədi kolların artmasına imkan verməmək və hər il təxminən eyni məhsulu götürməkdən ibarətdir. Yeni ki, əyər bu il bitki 20 zoğ veribsə və onlardan 20 salxım yetişibsə, bitkini elə kəsmək lazım ki, gələn ildə zoğların və salxımların sayı təxminən eyni olsun. Bitkiyə diqqətlə baxarsaq buna necə edəcəyimizi asanlıqla başa düşə bilərik. Yaxşı inkişaf etmiş bitki çox səhvləri bağışlayır o ağaclardan 4 dəfə tez bərpa olunur.
Yaxşı şərait yaradıldıqda üzüm tez və tələbsiz bitir. Bir tək əngəl ola bilər, o da bitkinin böyüməsi üçün yerin olmamağı. Buna görə də məqsəd böyüyən kolları kəsmək, yay aylarında keçirilən əməliyyatlarla birgə bitkini formalaşdırmaqdı. Qeyd edək ki, üzümə qeyri-məhdud yer versək o böyük ağaca çevrilər. Öz budaqları ilə bağları, alleyaları tutan belə bağların nümunələri Avropada mövcuddur. Onlardan alınan məhsul bir neçə sentner olur.
Sözsüz ki, belə bitki ancaq günəşdə inkişaf edə bilər. Çox bağlarda isə kölgəlikdi. Üzüm kölgədə heç cürə inkişaf edə bilməz, o 10 metrlərlə uzun zoğlar buraxır ki, günəşə daha yaxın ola bilsin. Çardağa ağaca sarmaşır və onların təpəsində bar verir. Şpalerlərdə isə əksinə kolları kəsib tökürlər, onlar inkişafdan dayanır və xəstələnirlər, sonda isə ölürlər. Bunların səbəbi formalaşdırmanı və üzümün budanmasının çox çətin və ağır bir iş kimi bilməkdir.
Nikolay İvanoviç Kurdyumov




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ