TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 
Azərbaycanda üzümçülük və şərabçılığın tarixi, müasir vəziyyəti və gələcək inkişafı haqqında  

Azərbaycan üzümün yetişdirilməsi və onun emalı ilə qədimdən məşğul olan ölkələrdən biridir. XIX-cu əsrin sonunda üzümçülük sənaye xarakterli olmaqla, ixtisaslaşdırılmış kənd təsərrüfatı sahəsi kimi formalaşmışdır.
Ötən əsrin 70-80-ci illərində üzümçülük və şərabçılıq ən yüksək inkişaf dövrünü yaşamışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasi, iqtisadi və təşkilati tədbirlər nəticəsində üzümçülüyün yüksək templə inkişafına nail olunmuş, emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, güclü kadr potensiyalı yaranmışdır.
Azərbaycanda üzümçülüyün inkişafı ilə əsasən Gəncə-Qazax, Dağlıq-Qarabağ, Qarabağ-Mil, Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara zonalarında, Abşeronda və Naxçıvan Muxtar Respublikasında məşğul olunurdu. Üzümçülüyün ixtisaslaşdırılması və təmərküzləşdirilməsi sahəsində görülən genişmiqyaslı kompleks işlərin nəticəsində ənənəvi üzümçülük rayonları olan Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ, Şamaxı, Göy-göl, Şəmkir və Ağdam rayonları üzrə üzüm istehsalı xeyli artmışdı. İsmayıllı, Ağsu, Lerik, Yardımlı, Tovuz, Cəlilabad, Beyləqan rayonlarında üzümlüklərin hər hektarından 100 sentnerdən çox məhsul alınmışdır.
Respublikada tədarük olunan üzümün istehsalının artması şərabçılıq sənayesinin intensiv inkişafına da səbəb olmuşdu. Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi respublikanın üzüm istehsalı, emalı və satışı üzrə iri aqrarsənaye kompleksinə çevrilmişdir. Onun tərkibinə 256 ixtisaslaşdılrılmış sovxoz, o cümlədən 97 sovxoz-zavod, 8 müstəqil üzüm emalı zavodu və 10şərab emalı zavodu daxil idi. Burada 300 mindən çox fəhlə, qulluqçu və mütəxəssis işləyirdi. Şəmkir, Ismayıllı, Göy-göl, Ağsu, Dəvəçi, Zəngilan, Lerik, Yarddımlı və Abşeron rayonlarıda şərabçılıq sənayesi istehsalı üzrə aqrar birlikləti yaradılmış, Cəlilabad, Şamaxı, Tovuz, Qazax və Füzuli rayonlarında aqrar-sənaye komplekslərindən ibarət olan sovxoz-zavodlar təşkil edilmişdi.
Bir neçə il ərzində 520 min ton üzüm emal edə bilən 34 üzüm emalı zavodu tikilib istifadəyə verilmişdi. 1970-ci ildə respublikada ildə 22,7 milyon dekalitr şərab, 526 min dekalitr konyak istehsal edildiyi halda, 1980-ci ildə şərab istehsalı 120 milyon dekalitrə, konyak istehsalı isə 1,16 milyon dekalitrə çatdırılmışdı.
Keçmiş SSRİ üzrə şərab və konyak istehsalı sahəsində respublikanın xüsusi çəkisi müntəzəm olaraq yüksəlirdi. Azərbaycan şərabının kəmiyyət və keyfiyyətini yüksəltmək məqsədilə on il ərzində 2 milyon tonluq müasir tipli üzüm emalı zavodları tikilib istifadəyə verilmişdi. Bakı şəhərində yerləşən 1 və 2 saylı şərab zavodları yenidən qurulmuş, onlar yeni müasir tipli texnoloji avadanlıqlar və xətlərlə təmin edilmişdi. Bakı şəhərində ildə 20 milyon butulka istehsal gücünə malik şampan şərabları zavodunun inşa edilmişdi. Respublikanı şərabçılıq zavodlari 60 markadan artiq şərab növləri istehsal edirdilər; o cümlədən 17 növ turş şərab, 20 növ portveyn tipli tünd desert, 11 növ desert şərabı və 6 marka konyakı (3,4,5 ulduzlu, “Göy-göl”, “Bakı”, “Şirvan”, “Azərbaycan”, “Yubiley”, “Gəncə”).
Azərbaycanın şərab və konyakları keçmiş SSRİ-nin regionları ilə yanaşı Macarıstan, Almaniya, Bolqarıstan, Polşa, Çexoslovakiya, Kuba və Monqolustan kimi ölkələrə də ixtrac olunurdu.
Azərbaycanda ən yüksək üzüm istehsalına 1982-ci ildə nail olunmuşdur. Həmin il respublikada üzümlüklərin ümumi sahəsi 267 min hektara, hektardan məhsuldarlıq 95 sentnerə, ümumi üzüm istehsal isə 2,1 milyon tona çatdırılmışdır. Artıq üzüm istehsalına görə Azərbaycan keçmiş Sovet İttifaqında birinci yerə çıxmışdı. Lakin keçmiş Sovet İttifaqında rəhbəri M.Qorbaçovun alkoqolizimə qarşı mübarizə, sərxoşluğun aradan qaldırılması pərdəsi altında qəbul etdiyi qərar əslində üzümçülüyü məhv etməyə yönəldilmişdi. Bu qərəzli qərardan sonra Azərbaycanda 130 min hektardan çox məhsuldar üzüm bağları sökülərək respublika iqtisadiyyatına külli miqdarda ziyan dəymişduir.
1994-cü ildə H.Əliyev rəhbərliyə yenidən qayıtdıqdan sonra üzümçülük və şərabçılıq tədricən dirçəlməyə başladı. Azərbaycanda 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Sonrakı illərdə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafına yönəldilmiş bir sıra dövlət səviyyəli tədbirlər həyata keçirilmişdir. Respublika Prezidenti İlham Əliyev cənablarının təsdiq etdiyi Dövlət Proqramlarında digər sahələrlə yanaşı üzümçülük və şərabçılıq sahəsinin inkişafı üçün də geniş imkanlar yaranmışdır. 2013-cü ildə respublikanın üzüm bağlarından 154 min tona yaxın məhsul istehsal edilmişdir. Azərbaycanda istehsal edilən şərabçılıq məhsullarının keyfiyyəti xeyli yaxşılaşmış, son illər ərzində Azərbaycan şərabları beynəlxalq sərgilərdə, dequstasiya və yarmarkalarda 27 priz, bir çox medal və mükafatlar qazana bilmişdir.
Respublikada üzüm sahələrinin becərilməsi ilə əsasən fermer və digər özəl üzümçülük təsərrüfatları məşğul olur. Bu təsərrüfatlarda təxminən 38 süfrə, 5 kişmiş və 68 texniki üzüm sortları yetişdirilir. Göründüyü kimi, üstünlük texniki üzüm sortlarına verilir. Respublikanın bütün üzümçülük təsərrüfatlarında yetişdirilən əsas süfrə sortları Ağ şanı, Qara şanı, Sarıgilə, Təbrizi, Xəlili, Şəfeyi, Hüseyni, Nəqşəbi, Ağdam, Qızıl üzüm, Kardinal, Ağ şasla, Çəhrayı tayfı, Pobeda, Muskat və Kişmiş sortlarıdır. Texniki sortlardan ən çox yayılanları bayanşirə, Mədrəsə, Şirvanşahı, Xındoqnı, Həməşərə, Şirəyi, Rkasiteli, Tavkveri, Saperavi, Kaberne-Sovinyon, Rislinq, İzabella, Merlo, Pino, Muskat və Şardonedir.
Heydər Əliyev cənablarının şəxsi təşəbbüsü ilə 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu yaradılmışdır. İnstitut üzümçülük və şərabçılıq sahəsində elmi işlər apararaq təsərrüfat subyektlərinə lazımi tövsiyyələr verilir.
Hazırda ölkə əhalisinin təzə və keyfiyyətli süfrə üzümünə olan təlabatının daha dolğun ödənilməsi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, şərab və üzüm məhsullarının ixracının artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlıyevin 15 dekabr 2011-ci il tarixli 1890 nömrəli Sərəncamı ilə “2012-2020 –ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş və Proqramda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumlarına lazımi göstərişlər verilmişdir
Azərbaycanın bu sahədəki mütəxəssisləri beynəlxalq səviyyədə tanınmış təşkilatlarla müntəzəm əməkdaşlıq edirlər. O cümlədən Fransada yerləşən Beynəlxalq üzümçülük və Şərabçılıq (OİV) təşkilatı ilə, Ümümrusiya Dövlət Elmi-Tədqiqat Alkoqolsuz, Pivə və Spirtli Içkilər İnstitutu, Ukranya Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu “Maqaraç” (Yalta) , Tairov adına Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu (Odessa), Gürcüstan və Özbəkistan Respublikasının Elmi-Tədqiqat Institutları və ümumiyyətlə dünyanın əksər ölkələrində yerləşən sahə institut və təşkilatları ilə əməkdsaşlıq edirlər.
Eyni zamanda ölkədə şərabçı kadr hazırlığı və tədqiqat işləri Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Unversiteti (ADAU), Azərbaycan Texnologiya Unversitetində (ATU), Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda (AETÜŞİ), Naxçıvan və Gəncədə yerləşən Təcrübə Stansiyalarında həyata keçirilir. ADAU və ATU da bakalavr və magistr pilləsi üzrə mütəxəssislər hazırlanır. Azərbaycan Dövlət Aqrar Unversiteti ilə keçmiş SSRİ-nin müvafiq universitet və Elmi-Tədqiqat İnstitutları, həmiçinin Avropanın (Almaniya, İtaliya və s) qabaqcıl unversitetləri arasında əlaqələr qurulur.
Dövlətimiz tərəfindən bu sahə üzrə bağlı özəl qurumların apardıqları işlərə dəstək verilir və onlara müxtəlif maliyyə yardımları edilir. Sahəyə güzəştli şərtlərlə kreditlər ayrılması belə dəstəklərdən xəbər verir.
http://www.agro.gov.az/zmlk




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ