TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 
ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIĞIN İXTİSASLAŞAMASI İSTİQAMƏTLƏRİ 

ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIĞIN İXTİSASLAŞAMASI İSTİQAMƏTLƏRİ
İstehsalın digər sahələrindən fərqli olaraq, kənd təsərrüfatı istehsalı, o cümlədən üzümçülük və şərabçılığın inkişafı müxtəlif təbii və iqtisadi şəraitlərin hərtərəfli nəzərə alınmasını tələb edir. Üzümçülüyü bir sahə kimi bütün ərazilərdə eyni qayda ilə inkişaf etdirmək mümkün deyil. Ona görə, hər bir bölgənin konkret təbii-iqtisadi şəraitinə uyğun olaraq üzümçülük və şərabçılığın ixtisaslaşdırılması müəyyən edilərək, onun istiqamətləri işlənib-hazırlanmalıdır. Bununla yanaşı bu sahənin konkretliyi, onun ayrı- ayrı üsulları və istiqamətləri hər bir rayonun, hətta təsərrüfatın kəskin fərqlənən torpaq və landşaftı şəraitində dəyişdirilməsinin mümkünlüyünü inkar etmir.
Azərbaycanda torpaq və iqlim olduqca müxtəlifdir. Şaquli zonallıq (şaquli zonalar üzrə torpaq əmələgəlməsi) xassəsinə görə Azərbaycan ərazisində demək olar ki, səhra boz torpaqlarından tutmuş şabalıdı və tünd-şabalıdı torpaqlara qədər dəyişilən bütün torpaq növlərinə təsadüf edilir. Respublikada quru subtropik kontinental iqlimdən tutmuş mötədil isti və soyuq iqlimə qədər müxtəlif iqlim növləri vardır. Azərbaycanın iqlimi dünyanın 11 iqlim müxtəlifliyindən 9-nu özündə saxlamaqla, ərazinin 65%-ni subtropik, 33%-ni mülayim iqlim təşkil edir. Azərbaycanın yerləşdiyi meridian xətləri arasında vəziyyətinə görə Günəşdən bol işıq və istilik alır. Hündürlük cəhətindən–okean səviyyəsindən 25 m aşağı və 3000 m yuxarı olan yerlərin olduğunu qeyd etməliyik. Respublikada sənaye üzümlükləri dəniz səthinə nisbətən 25 m aşağıda və 1200 metrə qədər hündürlüklərdə yerləşir. Bu yerlərin iqlim şəraiti mövcud olan bütün üzüm sortlarının normal böyüməsi və inkişafını təmin edir. Lakin sahələrin dəniz səviyyəsinə nisbətən hündürlüyündən və vegetasiya dövründəki aktiv temperaturların yekunundan asılı olaraq, müxtəlif üzüm sortlarında gilələrin şəkərlilik və turşuluq faizi dəyişilir. Eyni bir sort respublikanın aran rayonlarında yay dövrü aktiv temperaturun yüksəkliyinə və isti payız havalarının uzun müddət davam etməsinə görə mötədil (orta) turşuluq xassəsinə malik olmaqla, çoxlu şəkər toplayır; dağətəyi və orta dağlıq rayonlarda isə yenə həmin sort aktiv temperaturlar yekununun nisbətən az və yağıntının çox olması şəraitində aşağı şəkərliliyi və yüksək turşuluğu ilə fərqlənir.
Bundan əlavə, təcrübə göstərmişdir ki, şərabların keyfiyyəti torpaq tipindən də çox asılıdır. Buna görə də yüksək dərəcədə inikişaf etmiş üzümçülük təsərrüfatı yaradılması üçün üzümçülüyün elmə əsaslandırılmış bir surətdə ixtisaslaşdırılması və üzüm sortlarının rayonlaşdırılması tələb edilir. Bunu əsas tutaraq araşdırmalar aparılmış və Azərbaycanın təbii-iqtisadi bölgələrində uyğun rayonlaşdırılmış və perspektiv üzüm sortları, o cümlədən üzümçülüyün inkişaf istiqamətləri müəyyən edilmişdir (cədvəl 1).
Cədvəl 1 Bölgələr və onların qısa təbii-iqlim xüsusiyyətləri Bölgə üçün rayonlaşdırılmış və perspektiv sortlar Üzümçülüyün istiqaməti və alınan məhsulun növü
I. Gəncə-Qazax bölgəsi. Bu bölgəyə Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Samux, Göy-göl, Şəmkir, Daşkəsən, Goranboy rayonları və Gəncə şəhəri daxildir. Bölgənin ərazisi (aran, dağətəyi və orta dağ yarımzonaları) dəniz səviyyəsindən 69-1200 m səviyyədə yerləşir. Bu bölgənin iqlimi mülayim isti-quru və mülayim isti-yarımquru olub, yayı isti, qışı mülayim keçir. Orta illik temperatur 12,1-13,2°C-dir. Aran yarımzonasında (dəniz səviyyəsindən 69-450 m hündürlükdə) aktiv temperaturun miqdarı 3860-4167°C-dir. Yağmurların miqdarı 282-451mm-ə qədərdir. Dağətəyi və orta dağ yarımzonasında (dəniz səviyyəsindən 600-1200 m hündürlükdə) orta illik temperatur 10,3-11,8°C, aktiv temperaturun miqdarı 3200-3700°C-dir. Yağmurların miqdarı 346-525 mm-dir. Bölgədə əsasən açıq-şabalıdı, şabalıdı və ağır şabalıdı və çəmən, skletli boz-qonur torpaqlar, çay vadilərində allüvüal cəmən torpaqları yayılmışdır. süfrə sortları: Ağ Xəlili, Azəri, Ağ şanı, Ağ Hüseyni, Ağ oval kişmiş, Çəhrayı tayfı, Təbrizi, Kardinal, Hüseyni, Hamburq muskatı, İsgəndəriyyə muskatı, Muskat ottenel, Şasla, Qaraburnu, İtaliya muskatı, Prima, Parkent, Rişbaba, Üzümlüklərin kraliçası, Şabaş və s.
texniki sortlar: Ağ pino, Ağ muskat, Aliqote, Göy-göl, Rkasiteli, Bayanşirə, Çəhrayı muskat, Boz pino, Saperavi, Reyn rislinqi, Qaragöz, Qara pino, Qara lkeni, Mədrəsə, Xindoqnı, Saperavi, Sovinyon, Kaberne-sovinyon, Şardone, Fetyaska, Malbek, Tavkveri və s. süfrə üzümü, süfrə, desert və tünd şərablar, şampan, konyak və konyak materialları, üzüm şirəsi
II. Şirvan bölgəsi. Bu bölgə aran və dağlıq yarımzonaya bölünür.
Aran yarımzona: Kür-Araz düzənliyinin şimal-qərb hissəsində hündürlüyü dəniz səviyyəsindən 516 m olan Mingəçevir, Göyçay, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağdaş ərazilərini əhatə edir. Bu yarımzona mərkəzi səhra iqliminə malik olub, quru subtropik iqlimi, uzun müddət davam edən isti yayı və mülayim qışı ilə digər bölgələrdən fərqlənir. Havanın illik orta temperaturu 14,1-14,8°C-dir. Aktiv temperaturun illik miqdarı 4472-4688°C-dir. İllik yağmurların miqdarı 323-510 mm arasında dəyişir. Bu ərazinin dağlıq yarımzonasında yerləşən Ağsunun orta dağlıq hissəsi, Şamaxı və əsasən də İsmayıllı rayonları dəniz səviyyəsindən 500-900 m hündürlükdə yerləşir. İqlimi mülayim, isti və qurudur. Orta illik temperatur -10,5-11,1°C, yağıntının miqdarı 379-591 mm arasında dəyişir.
Ərazinin düzənlik hissəsində əsasən ağır mexaniki tərkibli açıq-boz torpaqlar, dağlıq hissədə isə şabalıdı karbonatlı və qonur-meşə torpaqlar geniş yayılmışdır. Düzən hissənin torpaqları şorlaşmaya, dağlıq hissənin torpaqları isə eroziyaya meyllidir. süfrə sortları: Ağ oval kişmiş, Qara kişmiş, Təbrizi, Ağ Xəlili, Şamaxı mərəndisi, Ağ şasla, Qara şanı, Çəhrayı tayfı, Ağadayı, Mahmudu, Moldova, Ağ Salyan üzümü, Hüseyni, Nimrəng, Muskat ottenel və s.
texniki sortlar: Rkasiteli, Bayanşirə, Ağ şirə, Xindoqnı, Çəhrayı muskat, Ağ muskat, Aliqote, Aleatiko, Alikant buşe, Kaberne sovinyon, Mədrəsə, Rislinq, Silvaner, Şirvanşahı, Şardone, Merlo və s.
Süfrə üzümü, süfrə, kəmşirin, desert, tünd, şərablar və konyak
III.Qarabağ-Mil bölgəsi. Bu zona 3 yarımzonaya bölünür.
1) Cənub dağətəyi yarımzonasına Ağdam, Tərtər, Füzuli, Cəbrayıl, Zəngilan rayonları daxildir. Dəniz səviyyəsindən 165-430 m hündürlükdə yerləşir. Aktiv temperaturun miqdarı 4000-4300°C, yağmurun orta illik miqdarı 345-488 mm-dir.
2) Qərb-Aran yarımzonasına Bərdə, Yevlax, Ağcabədi rayonları daxildir. Dəniz səviyyəsindən 14-79 m hündürlükdə yerləşir. Orta illik temperatur 14-14,6°C, aktiv hərarət 4424-4688°C, yağmur 329-359 mm-dir.
3) Şərq yarımzonasına Beyləqan, İmişli rayonları ərazisi və Cəbrayıl, Füzuli rayonlarının aran hissələri daxildir. Dəniz səviyyəsindən 762 m hündürlükdə yerləşir, aktiv hərarət 4438-4454°C, yağmur 302-312 mm-dir.
Bölgədə əsasən şabalıdı, boz-çəmən, çəmən-boz, karbonatlı dağ-qəhvəyi torpaqlar geniş yayılmışdır. süfrə sortları: Ağ oval kişmiş, Rişbaba, Kardinal, Qara kişmiş, Qara şanı, Təbrizi, Ağ Xəlili, Şamaxı mərəndisi, Ağ şasla, Qara şanı, Çəhrayı tayfı, Ağadayı, Mahmudu, Moldova, Ağ Salyan üzümü, Hüseyni, Qara kişmiş, Çəhrayı kişmiş, Pobeda, İnəkəncəyi, Şəfeyi, Nimrəng, Çəhrayı tayfı, Sultanı, Əsgəri, Muskat ottenel və s. texniki sortlar: Rkasiteli, Bayanşirə, Xindoqnı, Çəhrayı muskat, Ağ muskat, Aliqote, Kaberne sovinyon, Mədrəsə, Rislinq, Şirvanşahı, Pino qrupu, Qara lkeni və s. Süfrə üzümü, süfrə, desert və tünd şərablar, şampan şərab materialı və şirə istehsalı
IV. Qarabağın dağlıq bölgəsi. Bu bölgə Kiçik Qafqazın dağlıq və dağətəyi ərazisini əhatə edir. Kəlbəcər, Xankəndi, Ağdərə, Laçın, Xocavənd, Xocalı, Şuşa rayonlarını əhatə edir. İqlimi mülayim istidir. Orta illik temperaturu 10,9-13,1°C-dir, aktiv temperaturun miqdarı 3637-3974°C-dir, illik yağmurun miqdarı 430-560 mm-dir. Kəlbəcərdə 700-900 mm-ə çatır. Bölgənin ərazisi dəniz səviyyəsindən 320-900 m hündürlükdə yerləşir. Torpaq örtüyü əsasən dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-boz-qəhvəyi, şabalıdı və çəmən-şabalıdı torpaqlardan ibarətdir. Süfrə sortları: Ağ oval kişmiş, Kardinal, Təbrizi, Ağ Xəlili, Ağ şasla, Çəhrayı tayfı, Ağadayı və s.
Texniki sortlar: Rkasiteli, Bayanşirə, Xindoqnı, Çəhrayı muskat, Ağ muskat, Aliqote, Kaberne sovinyon, Mədrəsə, Rislinq, Pino qrupu, Qara lkeni və s. Süfrə üzümü, süfrə, desert və tünd şərabları, konyak materialı
V. Muğan-Salyan bölgəsi. Bura Sabirabad, Saatlı, Şirvan, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul rayonları daxildir. Dəniz səviyyəsindən 12-75 m hündürlükdə yerləşir. İqlimi quru-istidir. Orta illik temperatur 14-14,5°C, aktiv hərarətin miqdarı 4450-4500°C, illik yağmurların miqdarı 283-321 mm arasında dəyişir. Ərazidə boz, boz- çəmən və şabalıdı torpaqlar yayılmışdır. Torpaqların əksər hissəsi duzlu və şorlaşmışdır. Bundan başqa bataqlıq və su altında xeyli torpaq sahəsi vardır. Süfrə sortları: Ağ şanı, Qara şanı, Təbrizi, Ağ Xəlili, Ağ kişmiş, Çəhrayı tayfı, Hüseyni, Ağ oval kişmiş, Qara kişmiş, Nimrəng, Gəlşən, Ağ pişraz, Salyan sahibisi, Salyan qızıl üzümü, Xalac, Mahmudu, Qara salyan üzümü, Ağ şasla, Kardinal və s.
Texniki sortlar: Rkasiteli, Bayanşirə, Şirvanşahı, Mədrəsə, Kaberne sovinyon və s. Süfrə üzümü, desert şərab istehsalı VI. Abşeron bölgəsi. Bura Bakı, Sumqayıt şəhərləri və Abşeron, Xızı rayonları ərazisi daxildir. Dəniz səviyyəsindən 20-28 m hündürlükdə yerləşir. İqlimi quru-subtropikdir. Havanın orta illik temperaturu 13,5-14,4°C, aktiv temperaturun miqdarı 4192-4461°C, orta illik yağmurların miqdarı 202-311 mm-dir. Bölgə xəzərətrafı ərazidə yerləşdiyinə görə havanın orta illik nisbi nəmliyi 70-80% təşkil edir. Ərazidə əsasən boz-qonur torpaqlar yayılmışdır. Burada həmçinin dağ-çəmən, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, dağ-boz-qəhvəyi, dağ-şabalıdı, qonur və boz torpaqlar vardır. Süfrə sortları: Azəri, Ağ Hüseyni, Təbrizi, Çəhrayı tayfı, Ağ xəlili, Ağ şanı, Qara şanı, Ala şanı, Şabranı, Qara kişmiş, Ağ oval kişmiş, Madlen anjevin, Ağ şasla, Ağadayı, Sarıgilə, Azəri, Nimrəng, Sultanı, Çəhrayı kişmiş, Ağ kişmiş, Qırmızı kişmiş, Novrast, Göybəndam, Duxşayi, Abşeron xatınısı, Abşeron gəlinbarmağı, Abşeron keçiəmcəyi, Abşeron qızıl üzümü, Turabi, Ağ pişraz, Qızılı gecyetişən, Gavangir, Hacı Abbas, Xalbasar və s. Süfrə üzümü
VII. Quba-Xaçmaz bölgəsi. Bu bölgəyəXaçmaz, Quba, Qusar, Dəvəçi, Siyəzən rayonları daxildir. Dəniz səviyyəsindən 30-300 m hündürlükdə yerləşir. Qubanın dağlıq hissəsində dəniz səviyyəsindən 615 m hündürlükdə orta temperatur 10°C, aran yerlərdə 12°C-dir. Şimal küləkləri daha çox daxil olduğundan nisbətən soyuq olur. Aktiv temperaturun miqdarı 3800-4000°C-dir. Yağmurların miqdarı 340-350 mm-dir. Qusar-Quba və Dəvəçinin dağətəyi hissəsi dəniz səviyyəsindən 400-900 m hündürlükdə yerləşir, aktiv hərarət 2700-3700°C, yağmurun miqdarı 500-700 mm-dir. Bölgədə əsasən qəhvəyi dağ-meşə, boz-qəhvəyi, çəmən-boz, şabalıdı, allüvial çəmən və çəmən-meşə torpaqları yayılmışdır. süfrə sortları: Ağ Xəlili,Ağadayı, Ağ oval kişmiş, Qara kişmiş, Qara şanı, Çəhrayı tayfı, Hüseyni, Dəvəçi həlimleyisi, Dəvəçi qara üzümü, Qara şabranı, Çiləyi və s.
texniki sortlar: Rkasiteli, Bayanşirə, Mədrəsə, Çəhrayı muskat, Ağ muskat, Aliqote, Rislinq, İzabella, Silvaner və s. Süfrə üzümü, süfrə şərabları, şampan və konyak materiallarının istehsalı, üzüm şirəsi
VIII. Şəki-Zaqatala təbii-iqtisadi bölgəsi. Bura Qax, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ rayonları daxildir. Böyük Qafqazın cənub-qərb hissəsini əhatə edən hündür dağlarla çəpərlənmişdir. Dəniz səviyyəsindən 200-1000 m hündürlükdədir. Alazan dağətəyi düzənliyində iqlim mülayim subtropik tiplidir. Hündürlük artdıqca, iqlim soyuqlaşır. Orta illik temperatur 12,0-12,5°C, aktiv temperaturun miqdarı 3075-4188°C, yağmurların miqdarı 700-1200 mm-ə çatır. Ərazinin qəhvəyi-boz torpaqlarında meyvəçilik, qismən üzümçülük, əsasən heyvandarlıq geniş yer tutur. Bölgədə əsasən qonur-dağ-meşə, çəmən-meşə, çəmən və çimli dağ- çəmən torpaqlar yayılmışdır. süfrə sortları: Ağ Xəlili, Təbrizi, Ağ oval kişmiş, Qara şanı, Ağ şasla və s.
texniki sortlar: Saperavi, Rkasiteli, Mədrəsə, Bayanşirə, Xindoqnı, Aliqote, Rislinq, Pino qrupu, İzabella və s.
Süfrə üzümü, süfrə şərabları, şampan və konyak materialları, həmçinin tünd şərablar istehsalı
IX. Lənkəran bölgəsi. Bu əraziyə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad rayonları daxildir. Lənkəran, Yardımlı, Cəlilabad yarımzonalara bölünür. Ərazinin iqlimi qışı mülayim- rütubətli, yayı isti- quraq keçən subtropik tipə aiddir. Bölgədə havanın orta aylıq temperaturu +13,5-140S, fəal temperaturun cəmi 3800-45000S, atmosfer çöküntülərinin orta illik miqdarı 1100-1200 mm, şaxtasız keçən günlərin sayı 260-320-dir, dəniz səviyyəsindən 21 m aşağı və 1200 m hündürlükdə yerləşir. Burada sarı, qəhvəyi, çəmən, qonur, şabalıdı, qara torpaqlar və onların yarımtipləri, növləri və növmüxtəliflikləri geniş yayılmışdır. Süfrə sortları: Ağ şanı, Qara şanı, Ağ Xəlili, Ağ oval kişmiş, Qara kişmiş, Sultanina, Sentenal sidlis, Prima, Moldova və s. Texniki sortlar: İzabella, Rkasiteli, Bayanşirə, Həməşərə, Rislinq, Aliqote, Mədrəsə, Pino qrupu, Terbaş, Ağ və Qara qrenajlar, Kaberne sovinyon və s. Süfrə üzümü, desert, tünd süfrə şərabları, konyak şərab materialı, üzüm şirəsi istehsalı
X. Naxçıvan bölgəsi. Bura əsasən Naxçıvan Muxtar Respublikası tabeliyində olan inzibati rayonlar daxildir. Aran, dağətəyi və dağlıq yarımzonalara ayrılır. Dəniz səviyyəsindən 700-1200 m hündürlükdə olub, orta illik temperatur 11,2-13,9°C, aktiv temperaturun miqdarı 3920-4821°C, yağmurların miqdarı 211-444 mm təşkil edir.
Ərazinin dağlıq hissəsində çimli dağ- çəmən, qəhvəyi dağ- meşə və şabalıdı torpaqlar, Arazətrafı düzən hissədə isə boz və şorakətvari boz- qonur torpaqlar yayılmışdır.
süfrə sortları: Ağ oval kişmiş, Qara kişmiş, Qara şanı, Əskəri, Qırmızı kişmiş, Çəhrayı kişmiş, Arna-qırna, Əmiri, Ağ kürdaş, Ağ aldərə, Naxçıvan qara şanısı, Huseyni, Naxçıvan qızıl üzümü, Qırmızı səabi, Qırmızı sahibi, Şəfeyi, Təbərzə, Mərməri kişmiş, Şahangir, Daş kişmiş, Qara Xəlili, Qara kürdaş, Qara haçabaş, Naxçıvan səabisi və s.
texniki sortlar: Mələyi, Nəqşəbi, Misqalı, Danaburnu, Ağ muskat, Çəhrayı muskat, Bayanşirə, Rkasiteli, Terbaş və s. Süfrə üzümü, kişmiş və mövüc, süfrə, desert və tünd şərablar, konyak, brendi, araq və s. tünd içkilər istehsalı
. İri süfrə üzümçülük təsərrüfatları təşkil olunarkan bir sıra amillərin nəzərə alınması vacibdir. Belə ki, əhalini uzun müddət təzə üzümlə təmin etmək, təzə üzüm məhsulu ilə erkən bazara çıxmaq və uzun müddət təzə üzüm istehsal etmək, onu müxtəlif üsullarla noyabr-mart və hətta sonrakı aylarda təzə halda saxlamaq və realizə etmək üçün üzüm sortlarının fenologiyasını, vegetasiya müddətlərini və yetişmə xüsusiyyətlərini sahibkar və fermerlər bilməlidirlər. Üzüm sortları bioloji xüsusiyyətlərindən bölgənin təbii-iqlim şəraitindən asılı olaraq müxtəlif vegetasiya müddətlərinə malik olub, müxtəlif dövrlərdə yetişirlər. Konkret bölgədə hər bir sort özünəməxsus vegetasiya müddətinə malik olmaqla, bu vegetasiyanı normal başa vurmaq üçün aktiv temperaturla müşahidə olunan müəyyən gün normasına və aktiv temperaturun cəminə malikdirlər. Ona görə də üzüm sortlarının rayonlaşdırmasında onların vegetasiya müddətlərinin qiymətləndirilməsi vacibdir. Bu xüsusiyyətlərinə görə üzüm sortları ən tezyetişən, tezyetişən, orta dövrdə yetişən, gecyetişən və çox gecyetişən kimi qruplaşdırılır. Yeni sənaye xarakterli üzümlüklərin salınması zamanı bunlar nəzərə alınmalıdır. Əhalini təzə üzümlə və emal sənayesini uzunmüddətli xammalla təmin etmək üçün üzüm sortlarının bu xüsusiyyəti böyük əhəmiyyət kəsb edir (сədvəl 2 və 3).
cədvəl 2
Sortların qrupları Tumurcuq açılandan gilələr tam yetişənə qədər günlərin cəmi Tumurcuq açılandan gilələr tam yetişənə qədər aktiv temperaturun cəmi Ən tez yetişənlər
110-120 gün 2200-2400ºC
Tez yetişənlər 120-130 gün
2400-2500ºC
Orta yetişənlər 130-145 gün
2600-2800ºC
Çox gec yetişənlər
145 gündən artıq
2800ºC-dən yuxarı
Başqa kompleks əlverişli şəraitlərlə yanaşı aktiv temperaturun miqdarı müxtəlif üzüm sortlarının bu və ya digər bölgədə yetişməsini müəyyən edir. Bununla yanaşı bu və ya başqa sort üçün əlverişsiz torpaq-iqlim şəraitinin (çox uzun günlər, torpağın nəmlilik və duzululuq dərəcəsi, tənəyin zədələnməsi və s.) lazım olan aktiv temperatura təsir edir.
Əhalini və bazarı bütün il boyu təzə üzümlə təmin etmək üçün başlıca olaraq iki istiqamətə diqqət yetirilməlidir. Birincisi, respublikanın müxtəlif təbii-iqtisadi bölgələrinə müvafiq iri üzümçülük təsərrüfatları yaradılarkən süfrə üzüm sortlarından ibarət bağların 20% hissəsinin ən tezyetişən (Ağ xəlili, Tezyetişən Maqaraç, Qara Xəlili, Jemçuq saba, Madlen Anjevin, Prima və s.), 25% hissəsinin tez yetişən (Novrast, Kardinal, Qara yay üzümü, Mərməri kişmiş, Qara kişmiş, Əsgəri və s.), 30% hissəsinin orta dövrdə yetişən (Təbrizi, Bəndi, Qara şanı, Ağ şanı, Rişbaba, Sarıgilə, Çəhrayı kişmiş, Ağ oval kişmiş və s.), 25% hissəsinin gec və ən gecyetişənlərdən (Hamburq muskatı, İsgəndəriyyə muskatı, Moldova, Kal üzüm, Şamaxı mərəndisi, Haçabaş, Qırmızı sahibi, Qırmızı səabi, Qırmızı mərəndi, Ağadayı, Ət mərəndi, Xəzəri, Çəhrayı tayfı, Qaraburnu) salınması məqsədəuyğundur. Azərbaycan şəraitində ən gec yetişən üzüm sortlarının gilələrinin tam yetişməsi oktyabr ayının axırlarına və noyabr ayının əvvəllərinə təsadüf edir. Belə sortlara Şamaxı mərəndisi, Kal üzüm, Çəhrayı tayfı, Ət mərəndi, Xəzəri, Qış katalonu, Şimali Qafqaz sortu, Haçabaş, Ala şanı, Əliməmməd sortlarını aid etmək olar. İkincisi, sonrakı aylarda növbəti üzüm yığımı mövsümünə qədər isə üzüm məhsulunu ənənəvi üsullara və xüsusi saxlayıcılarda saxlamaqla əhaliyə davamlı çatdırmaq mümkündür. Üzümü adi və xüsusi qurğuları olan saxlayıcılarda saxlamaq mümkündür. Bununla yanaşı üzümü kolun üstündə quru və yaşıl daraqda, müxtəlif qablaşdırma materiallarında antiseptiklərin tətbiq edilməsi ilə, qamma şüaları ilə işləməklə, iri tutumlu soyuducu kameralarda və qaz mühitində saxlanılması təcrübəsi də mövcuddur.
Azərbaycanın ən qədim qiymətli üzüm sortlarından olan Təbrizi, Şamaxı mərəndisi, Qırmızı sahibi, Qırmızı səabi, Ala şanı, Xəzəri, Hüseyni, Mahmudu, Kal üzüm sortlarının məhsulunu tənək üzərində saxlamaq mümkündür. Bu xüsusiyyət digər gec və çox gecyetişən üzüm sortlarında müşahidə edilmir. Bir çox sortlar yetişdikdən sonra kolun üzərində saxlandıqca dadı şitləşir, salxımın xarici görünüşü pisləşir, gilələr büzüşür, gilələrin çürümə prossesi sürətlənir. Bununla yanaşı Qaraburnu (Bolqar), Nimrəng, Parkent, Çəhrayı tayfı, Şabaş üzüm sortlarını xeyli müddət saxlamaqla təzə üzüm məhsulunun hasilatını uzatmaq olar.
cədvəl 3
Üzüm sortlarının vegetasiya müddətlərinin uzunluğuna və gilələrin yetişmə vaxtlarına görə qruplaşdırılması
Sort, hibrid
formaları iyul avqust sentyabr oktyabr I II III I II III I II III I II III 1 2 3 4 5 5 7 8 9 10 11 12 13 Ən tez yetişən sortlar Ağ xəlili + + Tezyetişən Maqaraç + + Madlen anjevin + + Qara pişraz + + + Prima Tez və orta-tezyetişən üzüm sortları Kardinal + + + Novrast + + + Əsgəri + + Ağ şasla + + Ağ kişmiş + + Girdə kişmiş + + Qara kürdəş + + + Hüseyni + + + Qara yay üzümü + + + Qara kişmiş + + + Çəhrayı kişmiş + + + Mərməri kişmiş + + + Mumlu muskat + + + İrşayi oliver + + + Ağ oval kişmiş + + + Abşeron xatınısı + + + Kişmiş xişrau + + Soqdiana kişmişi + + + Zərafşan kişmişi + + + Orta dövrdə və orta-gecyetişən üzüm sortları Qırmızı kişmiş + + + Təbrizi + + + + Ağ şanı + + + + Qara şanı + + + + Hamburq muskatı + + + + Ağ aldərə + + + + Qırmızı səabi + + + + Çəhrayı sahibi + + + + Mahmudu + + + + Sarıgilə + + + + Çauş + + + Ağ dərbəndi + + + Zeynəbi + + + Katta- kurqan + + + + Gec və çox gecyetişən üzüm sortları Şəfeyi + + + + Bəndi + + + + Gülabı + + + + Dağıstan gülabısı + + + + Azəri + + + + Ag Hüseyni + + + Xalac + + + Nəqşəbi + + + + Arna –qrna + + + + Hacı Abbas + + + + İnəkəmcəyi + + Nimrəng + + Sultanı + + Şabranı + + Ağ göybəndam + + Moldova + + + Ağadayı + + + + İsgəndəriyyə muskatı + + + + Qaraburnu + + + + İtaliya + + + + Ala şanı + + + + Ağ gavra + + + Rişbaba + + + Haçabaş + + + Şamaxı mərəndisi + + + Ət mərəndi + + + Çəhrayı tayfı + + + Kal üzüm + + + Şabaş + + +
Üzüm sortları becərildiyi torpaq-iqlim şəraitindən, eləcədə bioloji xüsusiyyətlərindən asılı olaraq müxtəlif keyfiyyətli, o cümlədən şəkərliliyi, turşuluğu, piqmet və aşı maddələrinin miqdarı, rəng intensivliyi, dadı və ətiri, nəqliyyata və saxlanmaya davamlılığı, mexaniki tərkibi və s. göstəriciləri ilə bir-birindən kəskin fərqlənən məhsul verirlər və bu məhsulların da texnoloji istifadə istiqamətləri bir-birindən seçilir. Məsələn, müşahidələr göstərir ki, respublikamızın Daşkəsən rayonunun Bayan kəndində yetişdirilən Bayanşirə üzüm sortundan yaxşı şampan materialı alınır, ancaq digər rayon və bölgələrdə əkilib-becərilən Bayanşirə sortundan, gilədə turğuluğun az olması ilə əlaqadar olaraq şampan materialının alınması çətinləşir. Üzüm məhsullarının istifadəsi çoxsahəli olub, ondan təzə halda, mövüc, kişmiş şəklində, müxtəlif növ: süfrə, tünd, desert, şampan şərabların, konyak, üzüm sirkəsi, üzüm arağı, bəhməz, abqora, təbii üzüm şirəsi və üzüm konsentratı, doşab, kompot və mürəbbə kimi müxtəlif alkoqolsuz məhsulların hazırlanmasında istifadə olunur. Bu isə üzüm sortlarının mexaniki və kimyəvi xüsusiyyətlərindən, eləcədə torpaq-iqlim şəraitindən asılıdır.
Ayrı-ayrı bölgə və rayonların iqlim şəraitini öyrənməklə üzümçülüyün və şərabçılığın istehsal istiqamətini təyin etmək mümkündür (cədvəl 4). cədvəl 4
Üzümçülük və şərabçılıq sənayesi istehsalı istiqamətlərinin aqroiqlim göstəriciləri Təsərrüfatın istiqaməti 10ºC yuxarı aktiv temperaturun cəmi Ən isti ayda orta temperatur, ºC Yağıntıların miqdarı, mm ildə ayda I. Şampan şərab materialları 2500-2800 16-24 400-1200 0-150 Yüksək turşuluqlu 2500-2800 16-18 400-1200 0-150 Yüngül, kondisiyalı uyğun 2800-3200 18-22 400-1200 0-100 Natamam təzə 3200-3600 22-24 400-1200 0-150 Natamam ağır 3600-dan yuxarı 20-dan yuxarı 1200-dan yuxarı 200-ə qədər II. Süfrə şərabları 2800-4100 18-26 400-1200 0-170 Az alkoqollu 2800-3200 18-24 400-1200 0-170 Təzə yüngül 3200-3600 20-26 400-1200 0-170 Təzə ağır (tünd) 3800-4100 20-26 400-1200 0-170 Cənub tipli ağır 4100-dən yuxarı 22-dən yuxarı 1200-dən yuxarı 200 III. Desert tünd və şirin şərablar 3600-dan yuxarı 20-28 350-800 0-100 Az şəkərli, tünd şərablar üçün natamam material 3600-3800 20-25 350-800 0-100 Yüksək şəkərli, bilavasitə tünd şərablar üçün tam material 3800-4100 22-27 350-800 0-100 Bilavasitə desert, şirin, likor tipli şərablar üçün yüksək şəkərli material 4100-dən yuxarı 24-dən yuxarı 350-800 0-100 IV. Nəqliyyata davamlı süfrə üzümü 3800-dən yuxarı 22-dən yuxarı 500-1000 0-100 V. Kişmiş üçün 4000-dən yuxarı 26-dən yuxarı 500-700 20 və daha az
http://www.agro.gov.az/zmlk




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ