TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

İTALİYA ÜZÜM SORTU ÜÇÜN MÜVAFİQ FORMALAR 

İtaliya üzüm sortu (eyni zamanda "İdeal", "italiya muskatı" adlanır) İtaliyada seleksioner Piravano tərəfindən seleksiya yolu ilə alınmışdır. 1929-cu ildə Rusiyadan Bakıya gətirilmişdir. Ancaq sort həmin illərdə Abşeron şəraitində lazımınca öyrənilməmişdir. 1960-1970-ci illərdə onun calaq əkin materialı Xanlar və Samux ərazilərinə gətirilmişdir. Bu illərdə seleksioner A.H.Atakişiyeva tərəfindən sortun ampeloqrafiq xüsusiyyətləri öyrənilmişdir. 1990-cı ildə F.H.Şərifov tərəfindən Gəncədə fəaliyyət göstərən "üzüm tredinq LTD" MMC-də eksperimental üzümlük salınmışdır. Həmin illərdən etibarən sort üzərində tədqiqat işləri başlamışdır. 2003-cü ildən isə F.H.Şərifovun rəhbərliyi ilə "italiya üzüm sortunun aqrobioloji və təsərrüfat - texnoloji xüsusiyyətlərinin öyrənilməsi" mövzusunda dissertasiya işi üzərində işləyirik. Mövzuya daxil olan bölmələrdən biri də bu sort üçün müvafiq formaların seçilməsidir.
Sort təbiəti etibarı ilə güclü böyüyəndir. Güclü böyümə xüsusiyyətlərinə malik üzüm sortlarından çox qismi güclü formalarda daha yaxşı nəticələr verir. Məlumdur ki, üzüm bitkisinin məhsuldarlıq göstəricisindən birincisi onun güclü yer üstü hissə əmələ gətirmək qabiliyyətidir, yəni çoxlu miqdarda vegetativ orqanları olan kol məhsul üçün potensial imkanlıdır. Uyğun aqrotexniki üsullar bu potensial imkanlardan düzgün istifadənin açarını verir. Təcrübə apardığımız eksperimental üzümlükdə yüksək aqfofon olduğundan sort öz ampeloqrafik əlamətlərinə uyğun böyüyür və inkişaf edir.
Sortun kolları üçün sınaqdan keçirilən bir çox  formalar içərisində kordon formasının müxtəlif modifikasiyalar daha yaxşı nəticələr vermişdir. Kordon formalarında çoxillik hissə çox olur. Məlumdur ki, üzüm bitkisinə çoxillik hissə "qida anbarı " hesab edilir və ilk yarpaq və zoğlar birinciM növbədə çoxillik hissənin ehtiyat qidasından  asanlıqla istifadə edir. Bundan başqa çoxillik hissəsi çox olan formalarda geniş fəza yaratmaq mümkündür. Suvarılan münbit torpaqlarda güclü böyüyən üzüm sortlarına geniş qida sahəsi verilməsi tələb olunur. Deməli bu qanunauyğunluqla hektarda bitkinin miqdarı azalır. Bu fonda bitkiyə güclü formalar verilməlidir ki, üzümlükdə torpaq və hava fondundan səmərəli istifadə edilsin. Suvarılan münbit torpaqlarda güclü böyüyən sortlara kiçik (zəif) formalar verdikdə üzüm bitkisi bir növ idarə olunmaz obyektə çevrilir. Ancaq sortun biologiyasına uyğun güclü formalarda kolda istənilən qədər (əlbəttə müəyyən həddə qədər) yük saxlamaq mümkündür. 
İtaliya üzüm sortunda sınaqdan keçirdiyimiz formalardan ən uyğunu kombinələşmiş formadır. Forma quruluş etibarı ilə mürəkkəbdir. Onu hər üzümçü yarada bilməz. Ancaq səriştəli üzümçülər bu işin öhdəsindən asanlıqla gələ bilirlər. Forma təqribən iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə iki tərəfli üfüqü kordon, ikinci mərtəbədə yelpik durur. Belə formalar həm geniş fəzalı, həm də potensial imkanlıdır.
Bir mərtəbəli iki tərəfli üfüqü kordon və şaquli kordon formaları da sorta uyğun formalar sırasındadır. Asılan kordon daha aşağı göstəricilərlə nəticələnmişdir.

Müəllif: S.Ş Abduləliyeva




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ