TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: ZEYNABI 

Yerli Azərbaycan sortudur. Sortun mənşəyi haqqında məlumat yoxdur. Sort yalnız Ağdamda becərilmiş keçən əsrin 40-cı illərinin ortalarında Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzüm kolleksiyasına gətirilmişdir (Gəncə şəhəri, Xaraba yeri). 60-cı illərin ortalarında həmin sahə tikinti altında qaldığına görə üzüm kolleksiyası ləğv edilmiş və 1969-cu ilə qədər yenisi salınmamışdır. Gəncə üzümçülük və şərabçılıq təcrübə stansiyasının kolleksiyasında olmuşdur.
Kolları güclü böyüyəndir. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı iri, konusvari, seyrəkdir. Saplağı oduncaqlaşmır. Gilələri iri, oval və yaxud oval-yumurtavari, çəhrayıdır. Qabıq orta qalınlıqda, möhkəm, mum qatı orta qalınlıqda, qabıqdan asanlıqla ayrılır. Ləti ətli, az şirəli, dadı adidir.
Gecyetişən süfrə üzümüdür, sentyabrın ortalarında tam yetişir.
Saxlanmağa və daşınmağa davamlıdır. Salxımın orta çəkisi 210-260 qramdır. Şəkəri 15-18%-dir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ