TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: XİNDOQNI 

Azərbaycanın yerli sortudur. Xalq seleksiyası nəticəsində alınmışdır. Sort Dağlıq Qarabağda intişar tapmışdır. Bəzi mənbələrdə İran mənşəli olması göstərilir. Azərbaycamn ən məşhur yerli sortlanmn tarixi azı 300-500 ildir, bəzilərininki min illərdir. Sort tamamilə erməniləşdirilmişdir. Əgər ermənilərin Azərbaycana gəlişi 150-200 ildirsə Xindoqnı erməni sortu ola bilməz. Başqa bir fikir: 150-200 il ərzində Dağlıq Qarabağda erməni üzümçü alimi olmamışdır ki, o, sort yaratmış olsun. Çox təəssüflə demək lazımdır ki, 1973-cü ildə "Azərbaycan SSR-nin Ampeloqrafıyası" yazılarkən o vaxtkı qabaqcıl azərbaycanlı üzümçü alimlər bu məsələnin fərqinə varmamışlar. Hətta sortun sinonimləri də "Sveni", "Şireni"dir. Sortun ampeloqrafik təsvirini də erməni və gürcü vermişdir.
Kolları güclüdür. Çiçəyi öz-özünü tozlayandır. Salxımı iri, konusvari, budaqlı, bəzən qanadlı, çox sıx, buna görə də gilələri formasını dəyişmiş olur. Salxım saplağı çox yoğun və oduncaqlaşmış olur. Gilələri orta və iridir, girdə, qara və yaxud tünd-göy, bəzən bənövşəyidir. Ucu dəyirmi, üzəri mum qatı ilə örtülmüşdür. Ləti şirəli və sürüşkəndir. Dadı adi, çox şirin, şirəsi çaxırı-qırmızıdır.
Sırf şərab sortudur və orta gecyetişəndir. Məhsuldarlığı regionlar üzrə müxtəlifdir. Dağlıq Qarabağda hər hektardan 200 sentner, Gəncədə 100 sentner, Mildə 75 sentnerdir. Şəkəri 19,8%-ə qədərdir.
Dağlıq Qarabağ şəraitində Xindoqnıdan yüksək keyfiyyətli, dolğun, yaxşı rəngli və xoşagələn təravətli süfrə şərabları hazırlanır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ