TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: TEZYETİŞƏN ÜBİa 

Seleksiya sortudur. Ümumittifaq Bitkiçilik İnstitutunun Orta Asiya təcrübə stansiyasında (Daşkənd) Ağ Çauş ilə Qara Kişmişinin çarpaz tozlandırılmasından alınmışdır (A.M.Neqrul və M.S.İuravel). Ən çox Özbəkistanda yayılmışdır. 1961-ci ildə Ümumittifaq Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutundan (Yalta) Tər-tərə, oradan da Gəncəyə gətirilmişdir. Hazırda Gəncə "Üzüm-tredinq LTD" MMC-də bir neçə kol qalmaqdadır. Gəncədə Təbrizidən 10-12 gün tez yetişir. Kolları güclü böyüyəndir. Şpalerdə becərildikdə yaxşı nəticə verir.
Çiçəkləri öz-özünü tozlayandır. Çiçəklərin tökülməsi normaldır. Salxımı orta irilikdə və iridir, sıx və seyrəkdir, konusvaridir. Salxım saplağı tez qopur. Daraq və gilə saplağı açıq-qırmızıdır. Gilələri iri, oval, az hallarda uzanmış vəziy-yətdə olur. Tərtərdə və Gəncədə sortun gilələri əksərən oval, az hallarda yumurtavaridir. Rəngi yaşılı-ağ, tənəyin yükü normal olduqda və günəş şüası yaxşı düşən tərəfdə kəhrəba fonunda azca çəhrayılıq olur. Qabığı qalındır. Kolun üstündə çox saxladıqda gilələrin əksəriyyəti zəif və çirkli-zəif çəhrayı rəng alır. Ləti orta bərklikdədir. Məhsuldarlığı ortadır, şəkər 16-18% arasındadır, çox şəkər toplaya bilmir. Sırf tezyetişən süfrə üzümüdür. Tezyetişən üzüm sortları fondunun artırılması məqsədilə bu sortdan yeni üzümlüklər salına bilər.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ