TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: TERBAŞ 

Türkmənistanın əsas sortudur. Rostov vilayətində və Azərbaycanda əkinləri olmuşdur. Respublikamızda üzüm kolleksiyalarında, Göyçay və Cəlilabadda 8-10 hektar sahədə becərilmişdir.
Kolları güclü böyüyəndir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə, az hallarda iri, enli-konusvari, əsasən pəncəli və qanadlıdır, orta sıxlıqda və seyrəkdir. Gilələri orta irilikdə və iridir, zəif oval, bəzən azca yumurtavari, yaşılımtıl-ağ, gün düşən tərəfində qızılı-sarı, tutqun mum təbəqəsi ilə örtülüdür. Qabığı qalındır. Ləti ətli-şirəlidir. Dadı adi, şəkər və turşuluğu ahəngdardır.
Terbaş tezyetişən universal süfrə-şərab sortlarına aiddir.
Məhsuldarlığı yüksəkdir. Torpaq zəif və suvarılmayan olduqda gilələr noxudlanmağa meylli olur.
Salxımın quruluşuna və gözəlliyinə görə Aşqabad vilayətində süfrə üzümləri içərisində xüsusi yeri vardır. Eyni zamanda bu sortdan xeres, portveyn, madera, marsala tipli bərk şərablar istehsal etmək mümkündür.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ