TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: TƏBRİZİ 

Azərbaycanın ən keyfiyyətli süfrə üzümlərindəndir. Yarandığı vaxtdan Təbrizi adlanır. Azərbaycanda, Gürcüstanda və Dağıstanda geniş yayılıb. Rusiyada, Ukraynada, Moldovada və Orta Asiya respublikalannda əkinləri vardır. Çoxlu sinonimlərə malikdir. Gəncədə hər bir həyətdə və təsərrüfatda Təbrizi sortu vardır. Sortun adının Təbrizi olması keçmişdə Azərbaycanla İranın (xüsusilə Təbrizin) yüksək ticarət əlaqələri ilə bağlıdır.
Kolu güclü böyüyəndir. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə və iridir, konusvari və sıxdır. Gilələri orta irilikdə və iri, oval, yetişib ötdükdə kəhrəba və açıq-qızılı rəng alır. Qabığı qalın və elastikidır, möhkəm mum qatı ilə örtülüdür. Ləti şirəlidir. Dadı adi, ahəngdar və təravətlidir. Təbrizi üzümünün bir çox cəhətləri, o cümlədən müalicə üzümü olması hələ tam öyrənilməmişdir. Dünya üzümçülüyündə Şasla sortunu müalicəvi üzüm adlandırırlar. Təbrizi dərindən öyrənilsə və təbliğ edilsə heç də Şasladan geri qalmayan, bəlkə də ondan üstün olan bir üzüm kimi qəbul edilər.
Təbrizi sortu respublikamızın qiymətli və Gəncəbasarın isə ən qiymətli üzümü, eləcə də ən çox tədqiqat işləri həsr edil- məsinə baxmayraq lazımınca öyrənilməmişdir.
Təbrizi sortunun 1940-cı illərdə üç variasiyası aşkar edilmişdir. Sonralar, 1980-ci illərdə bizim tərəfimizdən əlavə iki variasiya aşkar edilmişdir. Bunlardan birinin salxımı və giləsi adi variasiyadan iri, digər variasiyada isə yarpaqlar və yaşıl zoğun rəngi tamamilə fərqlidir (tünddür).
Orta yetişəndir. Məhsuldarlığı ortadır. İsti və yüngül torpaqlarda yüksək keyfıyyət kəsb edir. Məhsulun yüksək saxlanma və daşınma qabiliyyəti vardır. Öyrənilən A, B, C variasiyalarından R.Ə.Məmmədov A variasiyasının daha yaxşı saxlandığını yazır.
Bizim apardığımız tədqiqatlarda Təbrizi suda saxlandıqda may ayının axırlarına qədər normal qalır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ