TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: TAVKVERI 

Tavkveri Qazax-Gəncə zonasında Kaxet də adlanır. Azərbaycana Şərqi Gürcüstandan gətirilmişdir. S.M.Çolokaşvilinin məlumatına görə Gürcüstanda iki formada Tavkveriyə rast gəlinir. Kartalinidə becərilən funksional dişi tipli çiçəyi olan, Kaxetiyada becərilən, öz-özünü tozlayandır. Hər ikisi Gürcüstan sortudur.
Azərbaycanın Qərb zonasının üzüm becərilən təsərrüfatlarının hamısında Tavkveri geniş miqyasda becərilmişdir. Azərbaycanda becərilən Tavkverinin çiçəkləri funksional dişi tiplidir.
Kolları güclü böyüyəndir.
Salxımı orta və iri, konusvari, qanadlıdır. Normal tozlanmada salxım çox sıx, noxudlanma çox olduqda seyrək olur. Saplağı çox möhkəmdir.
Gilələri orta, girdə, çox sıx salxımlarda deformasiya olunmuş, tünd-göy, sıx mum qatı ilə örtülüdür. Belə mum qatı giləyə mavi fon verir. Qabığı kobud və möhkəmdir. Ləti şirəli, dadlı, xoşa gələn meyvə aromatı vardır.
Məhsuldarlığı çox yüksəkdir (hektardan 20-30 ton). Bayanşirə ilə qarışıq əkildikdə süni tozlamaya ehtiyac qalmır. Şəkəri 17-19%, turşuluğu 7-8,5 q/l-dir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ