TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: SAPERAVİ 

Gürcüstanın qədim, geniş yayılmış qırmızı üzüm sortlarındandır. Rkasiteli, Solikouri və Siskadan sonra dördüncü yeri tutur.
Sort ən çox Gürcüstanın Kaxet rayonunda cəmləşib və qırmızı Kaxet çaxırı ilə dünya şöhrəti qazanmışdır. Azərbaycanın qərb bölgəsində sənaye əhəmiyyətli üzümlüklər olmuşdur. "Aqro Azərinvest MMC" fermer təsərrüfatında Saperavi sortundan 200 hektara yaxın yeni üzümlük salınmışdır.
Orta böyümə gücünə malikdir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə və iri enli-konusvari, pəncəli və qanadlı, seyrəkdir. Gilələri orta irilikdə, oval, tünd-göy, sıx mum qatı ilə örtülüdür. Qabığı orta qalınlıqda, ləti axıcı, şirəlidir, dadı adi, ancaq çox ahəngdar, şəkərli, təravətlidir.
Çox gecyetişən tipik şərab sortudur. 25-28% şəkər toplayır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ