TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: SULTANI 

Yarpaqları tüksüz olan orta Asiya üzüm sortları içərisində sıx tükcüklü yarpağı olan Sultani nadir sortlardandır. Ən çox Özbəkistanda, az miqdarda qonşu respublikalarda becərilir.
Azərbaycanda Gəncə üzümçülük və şərabçılıq təcrübə stansiyasında və Xaçmaz rayonunun "İnqilab" sovxozunda olmuşdur.
Kolları güclüdür.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta və iri, konusvari, əsasından qısa pəncəli, orta sıxlıqda və sıxdır. Gilələri iri və çox iri, oval, yaşılımtıl-ağ, gün düşən tərəfdən gözəl qəhvəyi-qonur qızartılı sarımtıldır. Qabığı qalın, kobuddur. Ləti bərk, xırtıldayandır.
Sultani tipik orta-gecyetişən süfrə üzümüdür. Böyük yük vermək imkanı olan formalar tətbiq etdikdə yüksək məhsul verir.
Havada və torpaqda nəmlik azaldıqda gilələr tezliklə çatlayır. Şəkərliliyi 16-20%-dir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ