TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: ŞİRVANŞAHI 

Aşağı Şirvanın yerli çox qiymətli şərab sortudur. Çox qədimdən yerli əhali bu üzümü səyyarı (digər cins ağaclann üzərində becərmək) becərmişlər. Bir çox əlamətlərinə görə Şirvanın dağətəyi və düzən yerlərində bitən yabanı üzümlərə oxşayır. Bu onu göstərir ki, sort yabanı üzümlərdən törəmişdir. Sort əsasən Kürdəmir rayonunda, az miqdarda qonşu rayonlarda və Kür çayı vadisində becərilir.
Zoğ tacı və cavan yarpaqları sıx dalğalı tükcüklə örtülü olduğundan küləçalan boz rənglidir. Kolları orta böyümə gücünə malikdir. Hündür dayaqlarda yaxşı nəticə verir. Səyyarı becərildikdə də şəkər məsələsi problem olmur.
Çiçəyi öz-özünü tozlayandır. Ancaq çiçəklər çox tökülür (60-70%).
Salxımı orta irilikdə, az hallarda iridir. Konusvari, qanadlı və seyrəkdir. Salxım saplağı incədir, əsasından oduncaqlaşır. Gilə yastıqcığı zəifdir.
Gilələri orta irilikdə girdə və girdə-yumurtavaridir. Sıx mum qatı vardır və qara (tünd-göy) rənglidir. Qabığı incədir, ancaq möhkəmdir. Ləti ətli və azca seliklidir, toxumdan çətin ayrılır.
Orta dövrdə yetişəndir.
Ən çox şəkər toplayan sortlardandır.
Şirvanşahıdan kaqor tipli portveyn şərablar alınır. Bu şərablardan "Kürdəmir" daha populyardır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ