TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: ŞAMAXI MƏRƏNDİSİ 

Azərbaycanın qiymətli süfrə üzümlərindəndir. Əvvəllər bu sortdan ayrıca üzümlük olmamışdır. Başqa sortlarla qanşıq olmuşdur. Mərəndi adı altında bir çox mərəndilər: An mərəndi, Gülü mərəndi, Ət mərəndi, Ağdam mərəndisi (Xart-xart mərəndi), Şamaxı mərəndisi və s. məlumdur. Heç bir mənbədə göstərilmədiyinə baxmayaraq, bunlann başlanğıcı Cənubi Azərbaycanın Mərənd mahalına gedib çıxır.
Mərəndilər ən çox Ağdamda və Şamaxıda, az miqdarda isə Göyçayda, Ağsuda, İsmayıllıda becərilir. Azərbaycan Elmi- Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun təcrübə stansiyaları və dayaq məntəqələrində genofond kimi əkilmişdir. 1969-cu ildə AKTA-nın tədris-təcrübə təsərrüfatlarında beş cərgədə bu sortdan əkilmişdir. Sort orada çox yaxşı inkişaf etmişdir. 1990-cı ildə oradan əkin materialı götürülüb "Üzüm-tredinq LTD" MMC-də üç cərgədə (240 bitki) əkildi və burada onun diferensial aqrotexnikası işlənib hazırlandı.
Kolları güclüdür.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı iri və çox iri, enli konusvari, az hallarda konusvari, əsasında budaqlı, sıxdır. Gilələri iri, yumurtavari, yaxud oval-yumurtavari, tünd-qırmızı və yaxud tünd-yaşıldır, tam yetişdikdə qəhvəyiyə çalan tünd qırmızıdır. Qabığı qalın, möhkəm, sıx mum qatı ilə örtülüdür. Ləti ətli, xırtıldayan, şirəsi rəngsizdir. Dadı adi, xoşa gələn, ahəngdardır.
Gilənin rənginə aid "Azərbaycan SSR-in Ampeloqrafiyası"nda göstərilən tünd-yaşıl və açıq-qara əlamətləri ilə razılaşmaq olmaz, çünki Şamaxı mərəndisində gilə heç vaxt göstərilən rənglərdə olmur. Yalnız gilələr yetişmədikdə tünd-yaşıl olur.
Ən gecyetişən sırf süfrə üzümüdür. Gəncə şəraitində oktyabrın əvvəllərində yetişir.
Məhsuldarlığı yüksəkdir. Yüksək saxlanma və daşınma qabiliyyəti vardır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ