TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: SERVANIN 

Fransada, İzer departamentinin şimalında aşkar edilmişdir. 1969-cu ildə Novoçerkasskdan Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatına gətirilmişdir.
Kolları güclüdür.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı xırda və yaxud orta, silindrik və konusvari-silindrikdir. Gilələri xırda, girdə, sarıya çalan ağ, gün düşən tərəfindən zəif-çəhrayıdır. Ləti ətli, şirəlidir. Dadı adi, xoşagələn və təravətlidir. Gilələrin hamısı eyni vaxtda yetişir.
Yüksək məhsuldardır.
Mildiuya həssasdır, boz çürüməyə az tutulur.
Gecyetişən şərab sortudur. Tünd-samanı rəngli, tez durulan süfrə və bərk şərablar istehsal olunur.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ