TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: ŞİMAL SAPERAVİSİ 

Sort 1947-ci ildə Novoçerkassk Ümumrusiya Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda Şımal üzümü (tezyetişən Malenqr X V.Amurenzıs) və Saperavi çapraz tozlandırılmasından alınmışdır. Mürəkkəb növarası hibriddir. MDB məkamnda üzüm becərən respublikaların hamısında, o cümlədən, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının üzüm kolleksiyasında becərilmişdir.
Kolun böyümə gücü ortadır.
Çiçəkləri öz-özünü tozlayandır.
Salxımı orta irilikdə konusvaridir. Gilələri xırda və ortadır, oval, tünd-göy rənglidir. Mum təbəqəsi azdır. Şirəsi rənglidir. Ləti şirəlidir.
Şaxtaya və mildiuya davamlılığı yüksəkdir. Orta tezyetişəndir. Tipik şərab sortudur. Sentyabnn ortalarında yetişir, bu vaxt şəkər 23%, turşuluq 7,2 q/1 olur. Süfrə və çərəz şərablar üçün yararlıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ