TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: RİSLİNQ 

Sortun vətəni Almaniyanın Reyn vadisidir. Reyn və Mozeldə istehsal edilən şərablar keyfiyyətinə görə dünya şöhrəti qazanmışdır. Dünyada ən geniş yayılan və ən geniş öyrənilən sortlardandır. Kolları orta böyümə gücünə malikdir. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı xırda və orta, bəzən çox xırda, silindrik, enli-konusvari, çox vaxt qanadlı, sıx və seyrəkdir. Gilələri xırda, girdə, yaşılımtıl-ağ, yetişib ötdükdə zəif-sarı, günəş düşən tərəfdən qəhvəyi qızartı olur; ağ mum təbəqəsində tünd nöqtələr aydın görünür. Qabığı qalın, yarım şəffafdır. Ləti axıcı, şirəlidir, şəkər və yüksək turşuluğu incə uyğunluq təşkil etməklə ahəngdardır. Rislinqdən yüksək keyfiyyətli süfrə şərabı və şampan materialı alınır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ