TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: RİŞBABA 

Qədim Dağıstan sortudur. Dağıstanın bütün rayonlarında, respublikamızın isə əksər rayonlannda geniş yayılmışdır.
Salyanda, Abşeronda, Ağdamda, Göyçayda, Gəncə və Şəmkirdə kiçik təsərrüfatlarda yayılmışdır. Yaxın keçmişdə res- publikamızda üzümçülüyün yüksək sürətlə inkişafı dövründə bu sortdan sənaye üzümlükləri olmamışdır. Hazırda Gəncə "Üzüm-tredinq LTD" MMC-də yüzdən çox bitki vardır.
Kolları güclüdür. Çiçəkləri öz-özünü tozlayandır. Ancaq çiçəklərin tökülməsi 80%-ə qədərdir.
M.A.Lazarevskinin yazdığına görə salxımı xırdadır, ancaq Azərbaycanın hər yerində iridir. Xırda salxımlar az nəmlı və qeyri-münbit torpaqlarda becərilən tənəklərdə olur. Seyrək və çox seyrəkdir. Seyrəklik çiçəklərin çox tökülməsi ilə əlaqədardır. Salxımı enli-konusvari və pəncəlidir, salxım saplağı kövrəkdir, tez qırılır.
Gilələri iri və çox iridir, uzun və ovaldır, ucu girdə və sivridir. Gilənin ucu bəzən boğmalı və geri qayıtmış olur. Solğun-yaşıl fonda çəhrayılıq olur. Cavan və çox güclü tənəklərdə belə olur, yaşlı və zəif tənəklərdə tam çəhrayıdır. Qabığı lətlə birləşmiş vəziyyətdədir, ləti bərk, xırtıldayan və az şirəlidir. Dadı adi, şirinliyi normaldır.
Rişbaba tipik süfrə üzümüdür. Azərbaycanda sentyabrın axırlarında tam yetişir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ