TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: QRENAŞ 

İspaniya mənşəlidir. Sonralar Fransaya keçmişdir. Fransadan Bolqarıstana, oradan isə Novoçerkasska gətirilmişdir. 1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatında əkilmişdir.
Kolları orta böyüyəndir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri, geniş konusvari, pəncəli, bəzən qanadlıdır. Gilələri iri, girdə, göy fonlu qırmızı, sıx mum qatı vardır, bu xüsusiyyət ona boz rəng verir. Qabığı qalın, elastikdir. Ləti ətli, şirəlidir. Dadı adi, şirindir. Gecyetişən şərab sortudur. Boz rəngli şirin şərab verir. Şərabın saxlanma qabiliyyəti yüksəkdir.
Əhəngli, yüngül turşulu, daşlı-çınqıllı torpaqlarda məhsuldar olur və yüksək keyfıyyətli şərablar verir. Serkasporioz və bakterial nekroz xəstəliyinə çox həssasdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ