TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: QARAŞANI 

Sort çox qədimdən becərildiyinə görə onun tarixi məlum deyil. Abşeronun yerli sortudur. Tək-tək kol da olsa, respublikanın hər yerində vardır. Ancaq, Abşeron kəndlərinin hamısında, Salyanda və Ordubadda geniş miqyasda becərilir. Həştərxan və Volqoqradda da yüz ildən çox müddətdir becərilir.
Ağ şanıda olduğu kimi Qara şanıda da cavan zoğlar və yarpaqlar çox tükcüklü olduğundan ağa çalan rəngdədir. Ancaq, Qara şanıda zoğ tacı və ilk yarpaqlar zəif çəhrayı rənglidir.
Kolları güclü böyüyəndir, kordon və kombinələşmiş formalar tələb edir.
Çiçəkləri öz-özünü tozlayandır. Dişiciyin ağızcığı açıq-sarıdır.
Salxımı müxtəlif ölçülüdür: xırda, orta və iri salxımları vardır. Silindrik və silindrik-konusvaridir, orta sıxldıqdadır. Salxım darağı açıq-yaşıldır. Salxım saplağı oduncaqlaşır.
Gilələri orta irilikdə və iridir, girdə və simmetrikdir, azca ovallığı vardır. Yetişmənin başlanğıcında gilələr açıq-qırmızı, tam yetişdikdə isə tünd-göy rənglidir. Kolda bir qədər artıq qaldıqda gilələrdə bənövşəyi fonlu tünd-qəhvəyilik əmələ gəlir. Gilədə sıx mum qatı vardır. Ləti şirəlidir, ətirlidir. Şirəsi bozumtul-maviyə çalır. Dadı xoşagələndir, şəkərlə turşuluğun ahəngdar nisbəti vardır.
Qara şanı orta yetişən sortlara aiddir və sırf süfrə üzümüdür.
Məhsuldarlığı ortadır. Nəqliyyata və saxlanmağa davamlılığı nisbətən yaxşıdır.
Ala şanı adlı variasiyası vardır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ