TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: QARA SEREKSİYA 

Qədim Dnestryanı üzüm sortudur. Ən çox Moldova və Ukraynada yayılıbdır. Krasnodar diyarında, Qırğızıstanda, Qazaxıstanda və başqa regionlarda da becərilir. Odessada sort sentyabrın axırlannda yığılır. Azərbaycanda üzüm kolleksiyalarında olmuş, hazırda Gəncə üzümçülük və şərabçılıq təcrübə stansiyasında vardır. Kolları güclü böyüyəndir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta və iri, enli-konusvari, iri pəncəli, hətta qanadlıdır, seyrək və çox seyrəkdir. Salxım saplağı uzun, qalın və oduncaqlaşmış olur. Gilələri orta irilikdə, zəif yastılanmış, az hallarda girdə, tünd-göydür (qara). Yetişmə vaxtı gilələr bərabər yetişmir. Qabığı incədir, möhkəm deyil. Ləti şirəlidir. Dadı adi, şirin və turşuluğu hiss olunandır.
Sereksiya çox gecyetişən şərab sortudur. Odessa vilayətində məhsulu sentyabrın axırlarında və yaxud oktyabrın əvvəllərində yığılır. Gilələrin eyni vaxtda yetişməməsinin nəticəsində məhsul gec yığılır.
Məhsuldarlığı yüksək və sabitdir.
Yüksək şəkər toplamaqla turşuluğu sabit qalır. Sereksiyadan əsasən süfrə şərabları alınır ki, onlar göz oxşayan açıq-yaqut rəngi ilə fərqlənirlər. Sorta məxsus buketi vardır, ancaq turşuluğu çox və dolğun deyildir. Yüksək şəkər topladığına görə çərəz və bərk şərablar istehsalında da istifadə edilir. Qırğızıstanda şampan şərabı, Ukraynada şirə istehsal edilir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ