TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: QARA PİNO (PİNO FRAN) 

Vətəni Fransadır. Burqundiya üzümlüklərində özünün yüksək keyfıyyəti ilə fərqlənən məşhur qırmızı süfrə şərabları alınır, Şampanidə isə şampan şərabların ən yaxşı markaları istehsal edilir. Çoxəsrlik becərmə zamanı Qara giləli tipik Qara pino (Pino fran) kolları içərisində vegetativ dəyişkənlik nəticəsində çoxlu pinolar əmələ gəlmişdir. Pinodan əmələ gələn variasiyaların ən başlıcaları: Boz pino (Pino qri) — gilələri çirkli-çəhrayıdır; Tezyetişən Pino (İskiya) — gilələri qaradır, Mad- len Anjevin sortu ilə bir vaxtda yetişir; Pino Nuaryen (Nuaryen) — gilələri qaradır, Şasla ilə bir vaxtda yetişir. Yetişənə qədər Pino sortlarının hamısının giləsi bir-birindən fərqlənmir. Sonralar onlar bir-birindən ya gilələrinin rənginə görə və yaxud yetişmə müddətlərinə görə fərqlənirlər.
Pinolar Rusiyaya XIX əsrin əwəllərində, oradan da respublikamıza gətirilibdir (XIX əsrin axırlarında və XX əsrin əvvəllərində).
Su ilə təmin edilən münbit torpaqlarda kolları orta böyümə gücünə malikdir.
Gilədə yüksək şəkər toplandıqda turşuluq tədricən azalır. Ən çox şəkər boz pinoda toplanır, onu gec yığdıqda şəkər 26- 28%-ə qalxır. Pinoların məhsuldarlığı aşağıdır.
Qara Pino əsasən yüksək keyfıyyətli şampan şərabına yararlıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ