TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: QARA MUSKAT 

Giləsinin rəngi tünd-qırmızı və qara olan bir neçə muskat sortu mövcuddur. Qara Muskatı digərləri ilə dəyişik salmamaq üçün onun köhnə adı olan Kalyaba əlavə edilir. Bu ad Qara Muskatın bir növ sinonimidir. Bu ad altında sort tarixi bir dövr ərzində Fransamn cənubundakı dağlıq yerlərdə əla keyfiyyətli çərəz şərabları verir. Sort XIX əsrin birinci yarısında Krıma gətirilmiş, Alikant və Muskat Kalyaba adı ilə becərilmişdir.
Böyümə gücü zəif və ortadır. Çiçəkləri öz-özünü tozlayandır.
Salxımı orta irilikdə, silindrik və yaxud konusvaridir. Sıx və seyrək salxımları olur. Gilələri orta irilikdə, girdə, tünd-göy rəngli, sıx mum qatı ilə örtülmüşdür. Qabığı orta qalınlıqda və möhkəmdir. Ləti incə, axıcıdır. Dadı çox şirin, zəif muskat ətirlidir.
Muskat Kalyaba orta-tez yetişən şərab sortudur. Cənubi Krımda sentyabnn əwəllərində tam yetişir. Azərbaycanda keçən əsrin 90-cı illərinin əwəllərinə qədər Beyləqan rayonunun keçmiş "Mil" sovxozunda bir neçə hektar (10 hektara qədər) sahədə becərilmiş və əla keyfiyyətli çərəz şərablar alınmışdır.
Məhsuldarlığı ortadır.
İsti iqlimli regionlarda Muskat Kalyabamn gilələri müəyyən qədər soluxur və şəkər 32-33%-ə çatır. Buna görə də Qara Muskatdan əla keyfiyyətli çərəz şərablar alınır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ