TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: QARA MAY ÜZÜMÜ 

Məşhur Macar sortu olan Kadarkin variasiyalanndan olması ehtimal olunur. Daşkənd vilayətinin "May" kəndinin üzümlüklərində müşahidə edilmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatının üzüm kolleksiyasında əkilmişdir (1969).
Kolları orta böyümə gücünə malikdir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə, silindrik və yaxud ensiz-konusvari, sıxdır. Gilələri orta irilikdə, girdə və zəif oval, tünd-göy (qara), sıx mum qatı ilə örtülüdür. Qabığı qalındır. Ləti axıcı və şirəlidir.
Sort məhsula tez düşür və sabit məhsuldarlığa malikdir. Yüksək şəkər toplama qabiliyyətlidir (Daşkənddə 28-30%, Gəncədə 23-24%).
Sortun məhsulundan dolğunluğu və yumşaqlığı ilə fərqlənən orijinal çərəz şərabları hazırlanır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ