TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: QARA KİŞMİŞİ 

Orta Asiyada geniş yayılmış süfrə üzümlərindəndir. Qara Kişmişi Özbəkistanda Oval Kişmişidən və Hüseynidən sonra üçüncü yerdədir. Dünyanın isti üzümçülük ölkələrində, o cümlədən Azərbaycanda Naxçıvan Muxtar Respublikasında, ən çox isə Cəlilabadda sənaye təməlində becərilir.
Kolları güclüdür.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta iri və iri, uzanmış-konusvari, bəzən budaqlı, seyrəkdir. Gilələri xırda (iri giləli variasiyada orta-iri), oval tünd-göy, sıx mum qatı ilə örtülüdür. Qabığı orta qalınlıqda, tez dağılandır. Ləti bərk, ətlidir. Dadı adi, yüksək şəkərli, təravətlidir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ