TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: QARABURNU 

Sortun vətəni Kiçik Asiyadır. Ancaq, dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Çox yayıldığına görə çoxlu da sinonimləri vardır. Azərbaycana XX əsrin 60-cı illərində Bolqarıstandan gətirilmiş və Qazax-Gəncə bölgəsinin bir çox təsərrüfatlarında geniş miqyasda əkinləri vardır. Hazırda üzümlüklər xeyli azalmışdır.
Kolları güclü böyüyəndir. Güclü formalar tələb edir. Barlı zoğlar 60%-dən çoxdur. Bar əmsalı 1-dən çoxdur. İkinci məhsul verməyə meyllidir, bic əmələ gətirmə qabiliyyəti zəifdir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı iri və çox iridir, silindrikdən başqa bütün formalar vardır. Gilələri iri və çox iridir. Oval və girdə giləli variasiyaları vardır. Oval variasiyada yaxşı yetişdikdə gilələrin rəngi yaşıla çalan qızılıdır. Ancaq girdə variasiyada əsasən yaşıl olur, eyni zamanda bu variasiyada əsasən salxım sıx, oval variasiyada orta-sıx və seyrəkdir. Gilənin qabığı orta qalınlıqda və lətdən çətin ayrılandır. Ləti ətli, şirəli və xırtıldayandır. Dadı adi və təravətlidir.
Məhsuldarlığı çox yüksəkdir. Suvarılan münbit torpaqlarda 300-350 sentnerə qədər məhsul verir.
Əsas bir faktı qeyd etmək lazımdır ki, məhsulun yaxşı yetişməsi və keyfiyyətli olması üçün çiçək qruplarının və çiçəklərin bir qismi qoparılmalıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ