TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: QARA ASMA 

Krımda qədimdən becərilir və çox istifadə edilən sortlardandır. Qara Asma tatar sözüdür və adından məlum olduğu kimi saxlanmanın asma üsulu üçün yararlı hesab ediləndir.
Sortun Gürcüstanın Alget kəndində böyük əkinləri vardır. Oradan da respublikamızın qərb bölgəsinə az miqdarda gətiril- mişdir. Kolları güclü böyüyəndir. Şpalerdə güclü formalar tələb edir. Bar barmağı uzundur. Açılmayan gözcüklərin miqdarı çoxdur (15-20%).
Salxımı iri və çox iridir. Forması konusvari və silindrikdir. Salxım saplağı ot şəkillidir, asanlıqla qoparılır. Giləsi uzunsov, yumurtavari və ovaldır. Şəkər toplama qabiliyyəti yüksək deyil. Qabığı qalındır, ancaq incədir. Yetişmənin ortalarında qırmızı, tünd-qırmızı və sonda qaradır. Mum qatı qalındır. Daşınmağa və saxlanmağa davamlıdır.
Qara Asma gec yetişəndir. Azərbaycanın isti rayonları üçün perspektivlidir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ