TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: PORTAN N 

Vətəni Fransanın Bordo departamentidir. Yayılmasına görə axırıncı yerdədir. Qərbi Avropa ölkələrində, Ukraynada, Krımda, Novoçerkasskda, Krasnodarda yayılmışdır. 1969-cu ildə Novoçerkasskdan Azərbaycan Kənd Təsərrüfatı İnstitutu-nun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatına gətirilmişdir. Kolları güclüdür.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri konusvari, bəzən bərabər qanadlı, sıxdır. Gilə orta-iri, girdə, rəngi qaraya çalan tünd-qırmızıdır. Qabığı orta və möhkəmdir. Ləti ətli-şirəli, bir qədər selikli, rəngsiz, xoşagələn təravətlidir. Tezyetişən şərab sortudur.
Qırmızı rəngli süfrə şərabları hazırlanır. Şərabları tezyetişən və tez qocalandır. Oidium xəstəliyinə həssasdır. Ancaq çürüməyə nisbətən davamlıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ