TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: PLAVAY 

Moldovanın qədim sortudur. Moldova və Ukraynada geniş miqyasda becərilir. Azərbaycanda elmi müəssisələrin kolleksiyalarında becərilir. Gəncədə AKTA-nın dosenti Solmaz Həsənova bu sortu hərtərəfli öyrənmişdir.
Kolları güclü böyüyür.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı əsasən orta irilikdədir, xırda və iri də olur, silindrik və zəif-konusvaridir, çox sıxdır. Salxım saplağı qısadır. Gilələri orta iri və ovallığa meylli girdədir. Salxım çox sıx olduğundan gilələr əsas formasını itirir və müxtəliflik təşkil edir. Açıq-yaşıldır, sıx mum qatı ilə örtülüdür. Qabığı incədir, asanlıqla parçalanır. Ləti çox şirəlidir (suludur). Dadı adidir, xoşa gələn şirindir və təravətlidir.
Kolda yük normal olduqda şəkər 19-22% olur. Məhsuldarlığı çox yüksəkdir. Onun üçün əlverişli şəraitdə sadə, yüngül, kifayət qədər təravətli süfrə şərabları və üzüm şirəsi verir. Plavaydan konyak materialı da istehsal edilir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ