TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: PARKENT 

Daşkənd vilayətinin dağətəyi üzümlüklərində becərilən Özbəkistan üzümüdür. Özbəkistanla qonşu ölkələrdə, üzüm kolleksiyalarında və keçən əsrin 50-ci illərində Azərbaycanın Xaçmaz rayonunun "İnqilab" sovxozunda becərilmişdir. Kolları çox güclüdür, çoxillik hissəsi çox olan formalar tələb edir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı çox böyük ölçüyə çatır (40 sm), yuxarı pəncələri güclü olan silindrik-konusvari, orta sıxlıqdadır. Gilələri iri, forması girdədən ovala qədər dəyişkəndir, moruğu-qırmızı, yasəməni mum qatı ilə örtülüdür. Qabığı qalın, çox da möhkəm deyildir. Ləti orta bərklikdə, şirəlidir. Dadı adi, şirinliyi normaldır. Gilədən təzə çıxarılmış toxumları qısa şişkin dimdikli olduğuna görə səkkiz rəqəminə oxşayır. Toxum quruduqda dimdiyi konusvari olur. Parkent orta gecyetişən tipik süfrə sortudur. Məhsuldarlığı yüksək deyildir. Kolda salxımın sayı az, ancaq çox iri olur.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ