TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: ÖZBƏKİSTAN MUSKATI 

Ümumittifaq Bitkiçilik İnstitutunun Orta Asiya təcrübə stansiyasında Katta-Kurqan və İskəndəriyyə Muskatı sortlarının çarpaz tozlandırılmasından alınmışdır.
Hazırda bir çox ölkələrin üzümlüklərində becərilir və 1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatının üzüm kolleksiyasında becərilmişdir. Həmin kolleksiya keçən əsrin 90-cı illərinə qədər qalırdı.
Kolları güclüdür.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı iri, enli-konusvari, iri pəncəli, seyrəkdir. Gilələri iri və çox iridir, ucu azca genişlənmiş zəif oval, yaşılımtıl-ağ, gün düşən tərəfdən sarımtıl cizgili və gözəl qəhvəyi rənglidir. Qabığı qalın, kobuddur.
Ləti ətli, şirəlidir. Dadı yüksək muskat dadlı, şirindir.
Orta gecyetişən muskat ətirli süfrə üzümüdür, saxlanmağa və daşınmağa davamlıdır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ