TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: OVAL KİŞMİŞİ (Ağ və çəhrayı) 

Oval Kişmişi dünyanın qədim sortlardandır. Onun vətəni Ön Asiya — İran, Türkiyə, Fələstin, Suryia və digər ölkələrdir. Sort Özbəkistanda becərilən sortlar içərisində birinci yerdədir. Naxçıvanda və Azərbaycanın əksər rayonlarında, o cümlədən ən çox Cəlilabadda geniş miqyasda becərilir. Kolları güclü böyüyəndir. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri və iri, silindrik-konusvari, pəncəli, orta sıxlıqdadır. Gilələri xırda, girdə yastılanmış, açıq-yaşıl, yetişib ötdükdə açıq-sandır. Qabığı incə, ləti axıcı, incədir. Dadı adi, xoşagələn, təravətlidir. Orta gecyetişən sırf süfrə üzümüdür. Göstə-rilən əlamətlər hər iki sorta xarakterikdir, ancaq, çəhrayı kişmişidə salxım qanadlı və iridir. Ağ kişmişidə salxım saplağı oduncaqlaşır, çəhrayı kişmişidə oduncaqlaşmır. Ağ kişmişi yetişdikcə rəng tündləşir, çəhrayı kişmişidə yetişib ötdükdə tünd-çəhrayı rəng dəyişməz qalır.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ