TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: NİMRƏNG 

Orta Asiya süfrə üzümləri içərisində ən qiymətli sort hesab edilir. Orta Asiya respublikalanmn hamısında, dünyamn əksər üzümçülük rayonlarının üzüm kolleksiyalarında becərilir.
Azərbaycanda üzüm kolleksiyalarında, keçən əsrin 50-ci illərində Xaçmaz rayonunun "İnqilab" sovxozunda geniş miqyasda becərilmişdir. 1961-ci ildə Yaltadan Tərtərə, oradan 1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzüm kolleksiyasına gətirilmişdir.
Hazırda Gəncə üzümçülük və şərabçılıq təcrübə stansiyasında vardır.
Kolları çox güclüdür. Güclü formalar xoşlayır. Çiçəkləri funksional dişi tiplidir. Salxımı iri və çox iri (Özbəkistanda 4 kq, Tərtərdə 2 kq) enli konusvari, pəncəli və budaqlı, orta sıxlıqda bəzən çox seyrəkdir. Gilələri iri, girdə və yaxud zəif-oval, simmetrik dəyirmi ucluğu olan gilələrə tez-tez rast gəlinir, zəif-çəhrayı çalarlı yaşılımtıl-ağdır. Zəif-çəhrayı rəng gilənin yarısına qədər gəlir. Qabığı kobud, möhkəmdir. Ləti bərk və xırtıldayır. Dadı ahəngdar, şirin və təravətlidir.
Sort gecyetişən və istiyə tələbkardır. Gəncədə və Tərtərdə sentyabrın axırlarında yetişir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ