TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: NAİL 

Bu sort 1988-ci ildə bizim tərəfimizdən seleksiya yolu ilə alınmışdır. 2002-ci ildə dövlət sort sınağına verilmişdir.
2005-ci ildə Dövlət Sort Sınağı Komissiyası tərəfindən təsdiq edilmişdir.
Zoğların budaqlanmasında anoloqu olmayan, tamamilə yeni əlamətlər üzə çıxmışdır. Zoğlarda dixotomik budaqlanmaya meyillik çoxdur. Tək-tək kollarda zoğların 50-70%-də dixotomik budaqlanma gedir. Dixotomik budaqlanmada hər iki zoğ özünü sərbəst zoğ kimi aparır, yəni hərəsində 2-3 salxım olur. Dixotomik budaqlanmadan başqa ayrı-ayrı zoğlarda mürəkkəb buğumlar olur ki, onlarda 9-a qədər orqan (zoğ, yarpaq, salxım) olur. Başqa sortlarda bir buğumdan çox nadir hallarda qoşa salxım çıxır. Ancaq bu qoşalıq bir saplaqda yerləşir, bu sortda 2-4 salxım sərbəst saplaqda oturur. Ümumilikdə tək-tək zoğlarda 6-8-ə qədər salxım olur.
Kolları güclü böyüyəndir. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri, iri, silindrik konusvari, qanadlı və pəncəlidir.
Saplağı orta uzunluqda və az oduncaqlasandır. Gilələri orta-iri, oval, bəzən uzanmış-girdə, açıq-yaşıl, kolun yükü normal olduqda açıq-sarı, kəhrəba rənglidir. Ləti ətli-şirəli, bəzən çox şirəli, dadı adi, mum təbəqəsi zəifdir. Kolda çox qaldıqda gilələrdə gözəl rəng alınır.
Süfrə-texniki istiqamətli gecyetişəndir. Bar əmsalı 2-dən çoxdur. Barlı zoğlar 80%-dən çoxdur, cavan tənəklərdə 90-95%-dir. Əlbəttə, tənəyin yaşı artdıqca bu göstəricilər azalır.
Çox yüksək məhsuldardır. Çiçək qruplarının hamısı kolda saxlandıqda böyük yük əmələ gəlir və gilələr yaxşı yetişmir.
Buna görə də çiçək qrupları qönçə vaxtı seyrəldilməlidir. Hektardan 30-40 ton məhsul verir. Gilələri yaxşı yetişdikdə şəkər 17-18% təşkil edir. Nail respublikanın isti və mülayim iqlimli regionlarında becərilmək üçün perspektivlidir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ