TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: MUSCAT OTTONEL 

Fransız mənşəlidir. Macarıstanda, Ukraynada və Moldovada geniş yayılmışdır. XX əsrin 70-ci illərində respublikamıza gətirilmişdir. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris-təcrübə təsərrüfatında bu sortdan 9-10 hektar üzümlük olmuşdur. Dosent Cavanşir Allahverdiyev Gəncə şəraitində sortu öyrənərkən onun yeni əlamət və xüsusiyyətlərini aşkar etmişdir.
Orta böyümə gücünə malikdir. Bar əmsalı 1,8-2 arasındadır. Əsas, əlavə və haramı zoğların hamısı barlıdır. Bu baxımdan sort maşınla kəsmək üçün yararlıdır.
Çiçəkləri öz-özünü tozlayandır.
Salxımı xırda və orta irilikdədir. Silindrik və yaxud silindrik-konusvaridir. Sıx və bəzən çox sıxdır.
Gilələri orta irilikdə və girdədir. Gün düşən tərəfdən kəhrəba rənglidir. Qabığı möhkəmdir. Ləti çox şirəlidir, bəzən seliklidir və hiss olunan dərəcədə muskat ətirlidir.
Amperoqrafiyada şərab-süfrə sortu kimi adı çəkilir, ancaq respublikamız şəraitində sırf texniki sortdur.
Şəkəri 18-21%-dir, ancaq kolda uzun müddət saxladıqda 25,5%-ə çatır.
Muskat Ottoneldən alınan süfrə şərabları lazımi keyfiyyəti vermir. Ancaq, çərəz şərabları qızılı rəngli, gül iyli güclü muskat ətirli və yumşaq olmaqla yüksək keyfiyyət göstəricilərinə malikdir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ