TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: MUSKAT (ÜBİ) 

Ümumittifaq Bitkiçilik İnstitutunun Orta Asiya təcrübə stansiyasında Ağ Muskatın Hamburq Muskatı ilə çarpazlaşdırılmasından alırunışdır.
Kolları güclü böyüyəndir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı iri, silindrik, orta sıx və sıxdır. Saplağı orta uzunluqda, möhkəmdir. Gilələri orta, girdə tünd-qırmızıdır. Qabığı möhkəmdir. Ləti ətli, şirəlidir. Dadı dolğun, ahəngdar, xoşagələn güclü muskat ətirlidir.
Çox yüksək məhsuldardır, 1 hektardan 25 tona qədər məhsul verir.
Açılmayan gözcüklərin miqdarı zoğun aşağı hissəsində çox olduğundan bar barmaqları uzun kəsilməlidir.
Gilələr tam yetişdikdə şəkər 30%-ə çatır.
Orta Asiya təcrübə stansiyasında Muskat ÜBİ-dən yüksək keyfıyyətli, xoşa gələn muskat ətirli çərəz şərablar istehsal edilir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ