TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: MTSVANE KAXETİNSKİ 

Gürcüstanın ən qədim və ən qiymətli üzüm sortlarındandır. Bu sort ona görə Mtsvane Kaxetinski adlanır ki, Gürcüstanın rayonlarında "Mtsvane" adı altında çoxlu sortlar vardır. Sortun əkinləri əsasən Alazan vadisində yerləşir. Respublikamızın Qərb bölgəsində becərilmiş və hal-hazırda tək-tək üzümlüklərdə becərilməkdədir. Orta böyümə gücünə malikdir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə, geniş-konusvari, qanadlıdır, seyrək, az hallarda orta sıxlıqdadır. Gilələri orta irilikdə, oval, açıq-yaşıldır. Qabığı orta qalınlıqda, möhkəm deyildir. Ləti axıcı, şirəlidir. Dadı adidir, ancaq çox ahəngdar və incədir. Məhsuldarlığı ortadır. Çiçəkləri çox töküldüyünə görə çox hallarda salxımı çox seyrək olur. Şaxtaya davamlılığına görə Mtsvane Rkasitelidən sonra ikinci yerdə durur. Fillokseraya da nisbətən davamlıdır. 50-60 yaşlı öz kökü üstündə kollara rast gəlinir.
Mtsvane yüksək şəkər toplama enerjisinə malikdir. Yüksək şəkər toplamaqla yanaşı turşuluq da aşağı düşmür. Bu sortun məhsulundan Gürcüstan şərabları içərisində dadının xüsusi incəliyi ilə fərqlənən əla ağ süfrə şərabları alımr. Bu şərablar saxlandıqda sorta məxsus güclü buket alınır. Məhsul gec yığıldıqda Mtsvane Kaxetinski ağ portveyn tipli bərk şərab vermək qabiliyyətinə malikdir.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ