TARİX QANUNVERİCİLİK     ATLAS     TANINMIŞ ÜZÜMÇÜLƏR     MƏQALƏLƏR    ELMİ ARAŞDIRMALAR    XƏBƏRLƏR   ƏLAQƏ
 

ATLAS: MORESQON 

Korsikada rast gəlinib, ancaq əsil mənşəyi məlum deyil. Sort Korsikadan Fransanın Bordo departamentinə, oradan Krıma və Novoçerkasska gətirilmişdir. 1969-cu ildə Novoçerkasskdan Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Qovlar-Sarı tədris-təcrübə təsərrüfatına gətirilmişdir. Kolları çox güclüdür. Çiçəkləri öz-özünü tozlayandır.
Salxımı çox iri, konusvari, çox halda pəncəli, sıxdır. Gilələri iri, girdə, uc tərəfdən bir qədər basılmış, bənövşəyiyə çalan tünd-qırmızı, zəif mum qatı vardır, qabığı orta, elastikdir. Ləti ətli-şirəlidir. Dadı adi, xoşagələndir. Xəstəliklərə həssas deyildir. Gecyetişən şərab sortudur.




ƏLAQƏ 
Adınız:*
E-poçtunuz:*
İsmarıcınız:*

 

KOMMERSIYA TƏKLİFİ